FC Fateh ConstructionFateh Construction

Korporativ Satış Mütəxəssisi-qadın

Posted 6 h ago Source
Sales
Monthly salary
Salary negotiable
Application deadline
6 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Fateh İnşaat MMC Korporativ Satış Mütəxəssisi (Xanım) vəzifəsi üzrə vakansiya elan edir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri

  • İş rejimi: Tam iş günü (5 gün)

  • İş saatları: 09:00 – 18:00

  • Nahar fasiləsi: 13:00 – 14:00

Vəzifə öhdəlikləri

  • Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının formalaşdırılması;

  • Tikinti layihələri, tikinti materialları və şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;

  • Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;

  • Dövlət və özəl müəssisələr, tikinti şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması;

  • Müştərilərin ehtiyaclarının təhlil edilməsi, uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim olunması;

  • Satış prosesinin bütün mərhələlərinin (sorğu, qiymət təklifi, müqavilə, sifariş və icra) koordinasiya olunması;

  • Müştərilərdən daxil olan sorğuların qəbul edilməsi, qeydiyyatı və operativ cavablandırılması;

  • Satış müqavilələrinin hazırlanmasına, imzalanmasına və icrasına nəzarət etmək;

  • Bazarın və rəqiblərin fəaliyyətini mütəmadi təhlil etmək, rəhbərliyə inkişaf üzrə təkliflər təqdim etmək;

  • Aylıq, rüblük və illik satış hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək;

  • Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə tələblər

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment, İqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);

  • Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi;

  • Tikinti sektoru və ya tikinti materiallarının satışı sahəsində təcrübə üstünlükdür;

  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;

  • Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;

  • Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı;

Şəxsi keyfiyyətlər

  • Ünsiyyətcil və təqdimat bacarığı yüksək;

  • Aktiv, çevik və təşəbbüskar;

  • Danışıqlar aparmaq və inandırmaq bacarığı;

  • Məsuliyyətli və intizamlı;

  • Müştəriyönümlü yanaşma;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

FC Fateh Construction
Fateh Construction

Similar jobs

See all