Referans Medical Group Korporativ Satış üzrə Mütəxəssis (Tibbi Xidmətlər)
About this role
Vəzifə öhdəlikləri:
Yeni korporativ müştərilərin cəlb edilməsi və satış imkanlarının müəyyənləşdirilməsi.
Mövcud korporativ müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi.
Təyin olunmuş korporativ müştərilər üzrə kurator funksiyasının icra edilməsi, müntəzəm əlaqələrin saxlanılması.
Müştəri ehtiyaclarının təhlili və uyğun tibbi xidmətlərin təklif olunması.
Müqavilələrin hazırlanması, danışıqların aparılması və icrasına nəzarət.
Korporativ satış hədəflərinin yerinə yetirilməsi və gəlirliliyin artırılması istiqamətində fəaliyyət göstərilməsi.
Mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların yaradılması.
Müştəri məmnuniyyətinin təmin edilməsi və daxil olan müraciətlərin operativ həllinə dəstək göstərilməsi.
Bazarın, rəqiblərin və korporativ müştəri ehtiyaclarının mütəmadi təhlil edilməsi.
Görülən işlər və satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Əmək haqqı 1000-1500 AZN;
Namizəd üçün tələblər:
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);
Korporativ satış, müştəri əlaqələri və ya biznesin inkişafı sahəsində ən azı 1–3 il iş təcrübəsi;
Azərbaycan dilini səlis,Rus dili səlis,İngilis dilini bilmək üstünlükdür;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü ünsiyyət, təqdimat, danışıqların aparılması və müştəri yönümlülük bacarıqları;
Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Referans Medical Group MMC 2016-cı ildən etibarən Azərbaycanda müasir tibbi xidmətlər göstərən aparıcı özəl səhiyyə müəssisələrindən biridir. Şirkət fəaliyyətini yüksək ixtisaslı həkim heyəti,…