Veysəloğlu-Rossmann Kreativ üzrə Menecer
Posted 12 h ago Source ↗
Category Marketing
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Əsas iş öhdəlikləri
- Marketinq strategiyasına uyğun kreativ konseptlər, kampaniya ideyaları və kommunikasiya həlləri hazırlamaq və idarə etmək.
- Sosial media, rəqəmsal platformalar, mağazadaxili kommunikasiya və digər kanallar üzrə kontent istiqamətlərini və planlarını formalaşdırmaq.
- Reklam mətnləri, kampaniya sloqanları, kreativ briflər, video ssenariləri və əsas kommunikasiya mesajlarını hazırlamaq.
- Foto və video çəkilişlərini, post-prodakşn prosesini, daxili komanda və tərəfdaş agentliklərin işini koordinasiya etmək.
- Brendin vizual kimliyinin və kommunikasiya üslubunun bütün platformalarda vahid qorunmasını təmin etmək.
- Yerli və beynəlxalq trendləri, viral və guerrilla marketinq imkanlarını, influencer əməkdaşlıqlarını araşdırmaq və uyğun ideyaları tətbiq etmək.
- Kreativ layihələrin prioritetlərini, vaxt qrafikini və resurslarını planlaşdırmaq, eyni vaxtda bir neçə layihənin icrasına nəzarət etmək.
- Kampaniya və kontent nəticələrini təhlil etmək, növbəti layihələr üçün inkişaf təklifləri hazırlamaq və digər marketinq funksiyaları ilə koordinasiyalı işləmək.
Namizədə əsas tələblər
- Kreativ strategiya, brend kommunikasiyası, kontent və ya reklam sahəsində ən azı 3-4 il iş təcrübəsi; layihə və ya komanda idarəetməsi təcrübəsi üstünlükdür.
- Rəqəmsal, sosial media, video, çap və mağazadaxili layihələri əhatə edən güclü portfolio.
- Kreativ ideyanı aydın brifə, mətnə, sloqana, ssenariyə və icra planına çevirmək bacarığı.
- Brend standartları, foto-video istehsalı və müasir kontent formatları üzrə praktik bilik.
- Güclü layihə, vaxt və prioritet idarəetməsi; komanda, agentlik və tərəfdaşlarla effektiv ünsiyyət bacarığı.
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət, ingilis dilində peşəkar mənbələrlə işləmək bacarığı;
- Retail, FMCG, kosmetika və ya agentlik təcrübəsi, həmçinin süni intellekt əsaslı kreativ alətlərlə işləmək bacarığı üstünlükdür.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Kreativ üzrə Menecer” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
V 

Veysəloğlu-Rossmann