Kredit mütəxəssisi (bəy)
About this role
İrşad Electronics MMC-dən vakansiya: Kredit mütəxəssisi tələb olunur
Vəzifə öhdəlikləri:
– Müştərilərə kredit məhsulları üzrə peşəkar məsləhət xidmətinin göstərilməsi;
– Kredit üzrə müraciətlərin qəbulu, analizi və qiymətləndirilməsi;
– Kredit portfelinə nəzarət və effektiv şəkildə idarə etmək;
– Müştəri hesabları üzrə əməliyyatların icrası;
– Ayrılmış kreditlər üzrə cari xidmətlərin göstərilməsi və monitorinqinin həyata keçirilməsi.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Bank və ya bank olmayan kredit təşkilatlarında (BOKT) kredit mütəxəssisi olaraq 3–5 il iş təcrübəsi;
– Cins: Bəy namizədlər
– Yaş həddi: minimum 25 yaş;
– Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi üstünlük təşkil edir);
– Yüksək ünsiyyət qurma qabiliyyəti və işə təşəbbüskar yanaşma;
– Effektiv kommunikasiya bacarıqları;
– Müştəriyönümlü xidmət göstərmək və komanda ilə peşəkar ünsiyyət;
– Analitik düşüncə tərzi, məntiqi təhlil və riyazi hesablama aparmaq bacarığı;
– İşlərin icrasında maksimal dəqiqlik və detallara qarşı xüsusi diqqət;
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: “İrşad” mağazalar şəbəkəsinin Bakı, İmişli, Masallı və Füzuli mağazalar
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 600 manat təşkil edir + Bonus
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kredit mütəxəssisi” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkələrindən biridir. Şirkət 2000-ci ildə "I&R Telecom" adı altında yaranıb. 2018-ci ildən 2021-ci ilə kimi "İrşad…