Kapital BankKapital Bank

Kredit Portfelinə Nəzarət Departamentinin Təqib Strategiyalarının İdarə Edilməsi və Analitikası Şöbəsinin Mütəxəssisi

Bakı Posted 2 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
12 iyul 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Birbankın Kredit Portfelinə Nəzarət Departamentinin Təqib Strategiyalarının İdarə Edilməsi və Analitikası Şöbəsində təcrübəçi olaraq kredit portfelinin təqib strategiyalarının hazırlanması, təhlili və optimallaşdırılması proseslərində iştirak edəcək, analitik bacarıqlarını real iş mühitində inkişaf etdirərək məlumat əsaslı qərarların qəbuluna töhfə verəcək namizədlər axtarırıq.

+ ' ' +

Ali təhsil;

BI alətlərindən (Tableau - mütləqdir, Power BI, Dataiku - arzuolunandır) istifadə etmək bacarığı;

Data ilə işləmə qabiliyyəti (yüksək səviyyədə Microsoft Office və SQL bilikləri mütləqdir);

Bank və ya maliyyə sahəsində kredit portfeli üzrə yığım və ya kredit risk idarəçiliyində təcrübə arzuolunandır;

Dəqiqlik, detallara qarşı diqqətlilik;

Kritik düşüncə qabiliyyəti;

Güclü analitik və problem həll etmə qabiliyyətləri.



+ ' ' +

Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;

Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;

Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;

Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;

İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.


+ ' ' +

Təqib strategiyalarının hazırlanması və tətbiqi prosesində dəstək göstərmək;

Təqib proseslərinin effektivliyinin artırılması ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;

Strategiyaların effektivliyinin qiymətləndirilməsi üçün məlumatların toplanması və təhlilində dəstək göstərmək;

Təqib proseslərinin müqayisəli təhlilinin aparılmasında iştirak etmək;

Statistik məlumatların toplanması, emalı və hesabatların hazırlanmasına dəstək vermək;

Tendensiyaların, risklərin və inkişaf imkanlarının müəyyən edilməsində iştirak etmək;

Təqib proseslərinin izlənməsi və nəzarət fəaliyyətlərinə dəstək göstərmək;

Qanunvericilik və daxili normativ sənədlərə uyğunluğun təmin edilməsi prosesində iştirak etmək;

Potensial risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə analizlərdə dəstək göstərmək;

Risklərin azaldılması istiqamətində təkliflərin hazırlanmasında iştirak etmək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Similar jobs

See all
Apply