Layihə Rəhbərinin köməkçisi
About this role
Vəzifə öhdəlikləri:
Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
Layihələrin mövcud statusunu izləmək və hesabatları hazırlamaq
İcra olunan layihələr barəsində aylıq və illik hesabatlar hazırlamaq
Layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq
Tapşırıqlar üzrə araşdırma aparmaq, təhlil etmək və məlumat vermək;
İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
Rəhbərin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək
İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili
İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması
İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək
Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq
Rəhbərlə daxili və xarici maraqlı tərəflər arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək, peşəkarlıq və məxfiliyi qorumaq.
Tələblər:
Ali təhsil; Managment və Layihə rəhbəri sahəsi üzrə bilik
Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsinin olması;
Yüksək səviyyədə azərbaycan və rus dili biliyi
MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;
Biznes və ya sistem analitika, operativlik bacarığı olanlara üstünlük veriləcəkdir.
Planlama və təşkilatçılıq bacarıqları;
Güclü kommunikasiya və komanda ilə işləmə bacarığı;
Əlavə məlumat:
İş qrafiki: 5/2, 09:30-18:30
Nahar şirkət tərəfindən təmin olunur
Əmək Haqqı: 1500-2000 AZN (NET)
İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Layihə Rəhbərinin köməkçisi” yazaraq [email protected] elektron poçt ünvanına göndərə bilərlər.