MTS
Marine Technical Solutions

Layihələrin İdarə Edilməsi Üzrə Menecer

Posted 15 h ago Source: jobsearch.az ↗
Monthly salary
Salary negotiable
Apply
Category
HR

About this role

Vəzifə öhdəlikləri:

  • Şirkətin layihələrinin planlaşdırılması, icrası, monitorinqi və uğurla yekunlaşdırılmasını təmin etmək;
  • Layihələrin vaxt, büdcə və keyfiyyət göstəricilərinə uyğun icrasına nəzarət etmək;
  • Layihə planlarını, iş qrafiklərini və resurs bölgüsünü hazırlamaq və idarə etmək;
  • Layihə komandalarının fəaliyyətini koordinasiya etmək, tapşırıqların icrasına nəzarət etmək;
  • Müştərilər, podratçılar və digər maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq;
  • Layihə üzrə riskləri müəyyən etmək, təhlil etmək və risklərin idarə olunması üçün tədbirlər hazırlamaq;
  • Layihələrin icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
  • Müqavilə şərtlərinə uyğun işlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Dəyişikliklərin idarə olunmasını təmin etmək və layihə sənədlərinin düzgün aparılmasına nəzarət etmək;
  • Layihələrin səmərəliliyinin artırılması məqsədilə təkliflər hazırlamaq və proseslərin təkmilləşdirilməsində iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Layihələrin idarə olunması, mühəndislik, menecment və ya digər uyğun ixtisaslar üzrə);
  • Layihələrin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili – sərbəst, ingilis dili – yüksək səviyyədə (rus dili biliyi üstünlükdür);
  • Microsoft Excel, Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və analitik düşünmə bacarığı;
  • Güclü ünsiyyət, komanda idarəetməsi və təqdimat bacarıqları;
  • Vaxtın effektiv idarə olunması və paralel şəkildə bir neçə layihəni idarə etmək bacarığı;
  • Məsuliyyətli, nəticəyönümlü və qərarvermə bacarığı.

Əmək Şəraiti:

  • İş yeri: Bakı şəhəri. Səbail rayonu, Salyan şossesi 12
  • İş qrafiki: 5 gün  (08:00-17:00 ) 
  • Nahar  və  servis şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

Similar jobs

: