Baku International Tobacco MMC Lift operatoru-fəhlə (Anbar)
About this role
Baku International Tobacco MMC-dən vakansiya: Lift operatoru-fəhlə tələb olunur
Vəzifə öhdəlikləri:
– Anbar daxilində məhsulların yüklənməsi, boşaldılması və daşınmasını həyata keçirmək;
– Malların qəbulunda, çeşidlənməsində, yığılmasında və göndərilməsində iştirak etmək;
– Anbar daxilində əl ilə yükləmə-boşaltma işlərini yerinə yetirmək
– Sərnişin və ya yükləri müşayiət etmək, sərnişinlərin liftə minməsi və çıxmasına, yüklərin yüklənib boşaldılmasına nəzarət etmək;
– Nominal yükqaldırma qabiliyyətinə riayət olunmasını təşkil etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
– Cins: Bəy namizədlər
– Yaş həddi: 25–50 arası namizədlər
– Diqqət, çalışqanlıq, məsuliyyət, intizam
– Şirkət mədəniyyətini və iş standartlarını qəbul etmək qabiliyyəti;
İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
– İş yeri: Bakı şəh., Keşlə qəs., 1-ci Köndələn küç. 21
– Şirkət nahar və işə gedib-gəlmək üçün servis ilə (Nəriman Nərimanov m/s) təmin edir
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 539 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Lift operatoru-fəhlə” yazaraq [email protected] epoçt ünvanına ya da (010)228-00-81 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
