Lobby Ambassador (Female)
Posted 19 h ago Source ↗
Category Hospitality
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Prestijli 5 ulduzlu beynəlxalq otel qonaqpərvərlik komandası üçün Lobby Ambassador vəzifəsinə xanım namizədlər axtarır.
Qonaqların ilk təəssüratını formalaşdıran bu rolda siz yüksək xidmət standartlarını və lüks qonaqpərvərlik mədəniyyətini təmsil edəcəksiniz.
Əsas vəzifələr:
- Qonaqları gülərüz, nəzakətli və peşəkar şəkildə qarşılamaq
- Yüksək xidmət standartlarına uyğun ilk təəssüratı yaratmaq
- VIP qonaqları xüsusi diqqətlə qarşılamaq və müşayiət etmək
- Otelin xidmətləri və imkanları barədə qonaqları məlumatlandırmaq
- Qonaqların ehtiyaclarını operativ şəkildə müəyyən edib dəstək göstərmək
- Qonaqları resepsiyon, restoran, tədbir zalları və digər bölmələrə yönləndirmək
- Lobbi ərazisində yüksək xidmət və görünüş standartlarını qorumaq
- Qonaq məmnuniyyətinin təmin edilməsi üçün digər şöbələrlə koordinasiyalı işləmək
- Şikayət və xüsusi istəkləri aidiyyəti şöbələrə operativ şəkildə yönləndirmək
- Otelin daxili prosedurlarına və beynəlxalq xidmət standartlarına riayət etmək
Tələblər:
- Xanım namizəd
- Hündürboylu, səliqəli görünüşlü və özünəinamlı
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- VIP qonaqlarla peşəkar ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dilində yüksək səviyyədə bilik (rus dili üstünlükdür)
- Məsuliyyətli, diqqətli və xidmət yönümlü yanaşma
- Komanda ilə işləmək bacarığı və yüksək etik davranış
Təklif edirik:
- Prestijli 5 ulduzlu beynəlxalq oteldə karyera imkanı
- Beynəlxalq xidmət standartları ilə işləmək fürsəti
- Peşəkar və dinamik komandanın üzvü olmaq
- Əmək haqqı: 1,500 AZN (net)
Müraciət etmək istəyən namizədlər CV-lərini "Lobby Ambassador" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
I 
IRES
IRES is the top leading recruitment agency in Azerbaijan. Besides recruitment company provides outsourcing, outplacement, headhunting, volume recruitment and training administration services.