Supertoys Mağaza Meneceri (Premium Mağaza)
Posted 17 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Premium mağazamızın açılışı ilə əlaqədar peşəkar, liderlik bacarıqlarına malik və nəticəyönümlü Mağaza Meneceri axtarırıq. Müştəri məmnuniyyətini əsas prioritet hesab edən, komandanı effektiv idarə edə bilən və yüksək xidmət standartlarını təmin edəcək namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr
- Mağazanın gündəlik fəaliyyətini effektiv şəkildə idarə etmək;
- Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək, satış göstəricilərini təhlil etmək və nəticələrin artırılması istiqamətində tədbirlər görmək;
- Mağaza komandasını formalaşdırmaq, idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
- Premium müştəri xidməti standartlarının tətbiqinə və davamlı qorunmasına nəzarət etmək;
- Vizual merchandising standartlarının və brend qaydalarının icrasını təmin etmək;
- Məhsul ehtiyatlarını, sifariş və inventar proseslərini effektiv şəkildə idarə etmək;
- Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Mağazanın əməliyyat fəaliyyətinin şirkətin daxili prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək.
Tələblər
- Pərakəndə satış sahəsində minimum 3 il, mağaza meneceri və ya oxşar rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Komandanın idarə olunması və liderlik sahəsində güclü bacarıqlar;
- Satışın idarə edilməsi və müştəri xidməti sahəsində təcrübə;
- Analitik düşüncə, planlaşdırma və operativ qərarvermə bacarığı;
- Azərbaycan və rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi "Mağaza Meneceri" mövzusu ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Supertoys
Topdansatış və pərakəndə ticarət
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda…