aplus Marketlər şəbəkəsi Mağaza Müdir Müavini
About this role
A Plus Supermarketlər şəbəkəsindən vakansiya: Mağaza Müdir Müavini tələb olunur
Vəzifə öhdəlikləri:
– Mağazanın gündəlik fəaliyyətinin təşkili və idarə olunması
– Stok, sifariş və xərclərin effektiv idarə edilməsi
– Satış hədəflərinə nail olunmasının təmin edilməsi
– Komandanın idarə olunması, motivasiyası və inkişafı
– Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılması
– Rəqib bazar araşdırmalarının aparılması və təkliflərin verilməsi
– Mağazada nizam-intizam, təmizlik və vitrin səliqəsinə nəzarət
– Avadanlıqların işlək vəziyyətdə saxlanılmasına nəzarət
– İnventarizasiyalarda iştirak və hesabatlılıq
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2+ il iş təcrübəsi
– Yaş həddi: 28–50 arası namizədlər
– Komanda idarəetməsi və liderlik bacarığı
– Yüksək işgüzar etik davranış
– Retail sahəsində təcrübəyə üstünlük verilir
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Növbəli qrafik
– Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı:
– Əmək haqqı: Fix əmək haqqı + bonus (Ortalam 1000-1300 AZN)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mağaza Müdir Müavini” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
