Maliyyə hesabatlığı və təhlil şöbəsinin aparıcı/baş mütəxəssisi
- Work mode
- Full-time
- Experience
- career-levels.prof
- Category
- Finance
About this role
Təsvir
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Çağrı mərkəzi bölməsində Maliyyə hesabatlığı və təhlil şöbəsinin aparıcı/baş mütəxəssisi vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının IFRS standartlarına uyğun hazırlanması və təhlili
- Əsas maliyyə hesabatlarının hazırlanması və təhlili
- Tənzimləyici qurumlara təqdim edilən hesabatların hazırlanması;
- Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə təqdim edilməsi;
- Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi;
Tələblər
- Maliyyə, Mühasibat və ya İqtisadiyyat üzrə ali təhsil;
- ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır;
- Excel proqramını yaxşı səviyyədə bilmək
- Maliyyə hesabatları barədə yüksək səviyyədə biliklər;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Problemləri həll etmə bacarığına malik;
- İngilis dili biliyi yüksək səviyyədə.
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi