Makromed MMC Maliyyə Meneceri
About this role
Tələblər
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə idarəetməsi sahəsində minimum 3–5 il iş təcrübəsi;
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
Büdcələşdirmə və maliyyə planlaşdırılması sahəsində təcrübə;
Vergi və mühasibat qanunvericiliyi üzrə biliklər;
MS Excel və digər maliyyə proqramlarında işləmək bacarığı;
Analitik düşünmə, liderlik və qərarvermə bacarıqları;
Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dillərini bilmək üstünlükdür.
Vəzifə öhdəlikləri
Şirkətin maliyyə fəaliyyətinin planlaşdırılması və idarə olunmasını təmin etmək;
İllik və aylıq büdcələrin hazırlanması, icrasına nəzarət etmək;
Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq;
Maliyyə risklərini təhlil etmək və risklərin azaldılması üçün tədbirlər görmək;
Gəlir və xərclərin monitorinqini aparmaq;
Vergi, audit və digər maliyyə yoxlamaları zamanı əlaqələndirməni həyata keçirmək;
Maliyyə göstəricilərinin təhlilini apararaq rəhbərliyə təkliflər vermək;
Maliyyə komandasının fəaliyyətini koordinasiya etmək və inkişafını dəstəkləmək.
İş şəraiti
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə);
İş saatları: 09:00–18:00;
Əmək haqqı müsahibə əsasında müəyyən edilir;
Korporativ mobil əlaqə və digər təminatlar (şirkət siyasətinə uyğun olaraq);
Peşəkar inkişaf və təlim imkanları;
Rahat və müasir iş mühiti.
Ünvan: Bakı, Svetlana Məmmədova küç.-203C, Nəsimi metrosuna yaxın.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: +994 (55) 707 10 80

Makromed MMC əczaçılıq və səhiyyə sahəsində ixtisaslaşmış peşəkar konsaltinq şirkətidir. Şirkət dərman vasitələrinin, tibbi vasitələrin, qida əlavələrinin və kosmetik məhsulların qeydiyyatı,…