Maliyyə nəzarəti üzrə mütəxəssis
Work mode Full-time Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- Aylıq maliyyə nəticələrinin təhlilini aparmaq;
- Büdcə və faktiki göstəricilər arasındakı fərqlərin təhlilini aparmaq və izahlarını hazırlamaq;
- İstehsal, əməliyyat və inzibati xərclərin monitorinqini həyata keçirmək;
- Məhsul və istehsal sahələri üzrə maya dəyəri analizlərinin hazırlanmasına dəstək vermək;
- Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünü yoxlamaq və təhlil etmək;
- SAP ERP və digər informasiya sistemlərindən məlumatların əldə edilməsi və emalını həyata keçirmək;
- Maliyyə göstəriciləri üzrə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;
- Büdcə hazırlanması və proqnozlaşdırma proseslərində iştirak etmək;
- Daxili nəzarət prosedurlarının tətbiqinə dəstək göstərmək;
- Audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq;
- Rəhbərlik tərəfindən tələb olunan maliyyə təhlillərini və xüsusi hesabatları hazırlamaq.
Xüsusi tələblər
- Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (MBA dərəcəsi üstünlükdür);
- ACCA, CIA, CIMA və ya digər beynəlxalq peşəkar sertifikatların tam və ya qismən əldə olunması üstünlükdür;
- Maliyyə təhlili, idarəetmə uçotu, büdcələmə və maliyyə nəzarəti üzrə güclü nəzəri biliklər;
- MS Excel proqramını yüksək səviyyədə bilmə;
- SAP ERP və ya digər ERP sistemləri ilə işləmə bacarığı;
- Azərbaycan və İngilis dillərini yaxşı səviyyədə bilmə.
CM 
Cronos MTK