PC Padel Club MMCPadel Club MMC

Marketing Mütəxəssisi (Adidas Padel Club)

Posted 19 h ago Source
Marketing
Monthly salary
Salary negotiable
Application deadline
13 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Missiyanız

  • Klubun premium brend kimi bazarda mövqeləndirilməsi

  • Yüksək ödəmə qabiliyyətli auditoriyanın cəlbi

  • Kortların maksimum və balanslı doluluğunun təmin edilməsi

  • Güclü idman və sosial icmanın formalaşdırılması

  • Uzunmüddətli gəlir artımı və LTV optimizasiyası

Vəzifə öhdəlikləri:

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;

  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;

  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;

  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;

  • SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda SMM komandasının idarə edilməsi.

  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;

  • Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili;

  • CANVA proqramını yüksək səviyyədə bilməsi vacibdir. Əlavə olaraq, namizəd digər dizayn və marketinq proqramlarında da təcrübəyə malik olmalıdır.

  • Satış  ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;

  • Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;

  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;

  • Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması;

  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;

  • Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;

  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.

  • 360° marketinq strategiyasının hazırlanması və icrası

  • Premium tədbirlər, turnirlər və üzvlük proqramlarının inkişafı

  • Korporativ müştərilər və expat seqmenti ilə iş

  • Brend əməkdaşlıqları və strateji partnyorluqlar

  • Siz marketinqi xərc deyil, gəlir mərkəzi kimi idarə edirsiniz.

 İş təcrübəsi:

  • Minimum 3 il marketinq sahəsində təcrübə (premium, fitness, hospitality və ya idman sahəsi üstünlükdür)

  • Minimum 3 il marketinq meneceri olaraq iş təcrübəsi; 

Tələb olunan bilik və bacarıqlar:

  • Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketing və s.);

  • Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;

  • SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;

  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;

  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;

  • Stratejik düşünmə və analitika bacarığı;

  • Layihələrin idarə edilməsi bacarığı;

  • Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;

  • Effektiv kommunikasiya bacarığı;

  • Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;

  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;

  • Azərbaycan ,ingilis və ya rus dillərinin səlis yazılı və şifahi nitq bilməlidir (dil biliyi olmayanlarin cv-lərinə  baxılmayacaq)

  • Brend quruculuğu və performans marketinqi üzrə real кейс-lər

  • Büdcə idarəetməsi və nəticəyə fokus

Təklif edirik:

  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq, işə qəbul 

  • İş rejimi: Həftənin 5 günü 

  • İş saatı: 09:00-dan - 18:00-dək

  • Əmək haqqı: 1200 - 1500 AZN arası (əsas məbləğ) + KPI göstəricilərinə əsasən bonus. KPI-lar performans göstəricilərinə uyğun olaraq təyin ediləcək və əmək haqqına əlavə olunacaq.”

  • Uzunmüddətli inkişaf perspektivi

Tələblərə cavab verən namizədlər “Marketing Mütəxəssisi” başlığı ilə öz CV və portfellərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

PC Padel Club MMC
Padel Club MMC
Mehmanxana və ictimai iaşə xidmətləri

Similar jobs

See all