Marketinq üzrə menecer
Work mode Full-time Category Marketing
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Layihənin büdcəsinin və vaxt çərçivəsinin hazırlamanması və icra olunmasına nəzarət edilməsi;
- Auditoriyanın təyin edilməsi və kommunikasiya strategiyasının qurulması;
- Qrafik dizayn, motion dizayn, copywriting, PR, rəqəmsal marketinq, sosial media və outdoor reklam kimi müxtəlif komandalar arasında işlərin koordinasiyasının təmin edilməsi;
- Müxtəlif kommunikasiya kanallarının düzgün və koordinasiyalı şəkildə işləməsinə nəzarət edilməsi;
- Layihə ərzində meydana gələn dəyişikliklərə çevik reaksiya verərək layihənin tənzimlənməsi;
- Ümumi kommunikasiya üzrə büdcənin tərəfdaşlarla bölüşdürülməsi;
- Satış və icra göstəricilərinin təhlil edilməsi;
- Bütün xərcləri toplayaraq yekun büdcə hesabatını hazırlanmasl;
- Görülmüş işlərin effektivliyini ölçərək hesabat hazırlanması;
- Kommunikasiya bitdikdən sonra tərəfdaşlar tərəfindən ödənişlərin hesabatı və nəzarət edilməsi;
- Yeni məhsullar üçün kommunikasiya planlarının hazırlanması və icrası;
- Kommersiya şöbəsindən daxil olan müraciətlərin təhlili və kateqoriya üzrə uyğun məhsulların seçilməsi;
- Mövsümi və məhsul yönümlü kampaniyaların təklifi və icrası;
- Bazar trendlərinin və istehlakçı davranışlarının araşdırılması;
- Lokal və beynəlxalq bazardakı meyllərin izlənilməsi və uyğun strategiyaların formalaşdırılması.
Tələblər
- Ali təhsil (Marketinq, Menecment, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə);
- Marketinq sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis, ingilis və/və ya rus dillərindən ən azı birində yaxşı səviyyədə ünsiyyət bacarığı;
- Microsoft Excel (və ya Google Sheets), Outlook proqramlarında sərbəst işləmə bacarığı;
- Marketinq strategiyalarının hazırlanması, icrası və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və təcrübə;
- Analitik düşünmə, bazar araşdırmalarının aparılması və əldə olunan məlumatların təhlil edilməsi bacarığı;
- Güclü planlaşdırma, təşkilatçılıq və eyni vaxtda bir neçə layihəni effektiv idarəetmə bacarığı;
- Yaradıcı düşüncə, innovativ yanaşma və problem həll etmə bacarığı;
- Güclü kommunikasiya, təqdimat, komanda ilə əməkdaşlıq və koordinasiya bacarıqları.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…