İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Məhsul sahibi (Product Owner)

Bakı Posted 2 h ago Source
Full-time IT
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Məhsulun vizyonunun və dəyər təklifinin formalaşdırılması, strategiyasının təşkilatın ümumi hədəfləri ilə uyğunlaşdırılmasının təmin edilməsi və nəticələrə görə başlanğıcdan sona qədər məsuliyyətin daşınması;
  • Maraqlı tərəflər, komanda və e-hökumət ekosistemi ilə davamlı əməkdaşlığın qurulması, vətəndaş-mərkəzli və həll-yönümlü yanaşmanın təmin edilməsi;
  • Dizayn və inkişaf prosesində istifadəçi-mərkəzli yanaşmanın tətbiq edilməsi, istifadəçi araşdırmalarının və istifadə rahatlığı testlərinin təşkili, qərarların məlumat və nəticələrə əsaslandırılmasının təmin edilməsi;
  • Biznes tələblərinin istifadəçi hekayələrinə və qəbul meyarlarına çevrilməsi, backlog-un prioritetləşdirilməsi və buraxılış planlamasının həyata keçirilməsi;
  • Məhsulun rəqəmsal strategiyalara, normativ aktlara və daxili qaydalara uyğunluğunun təmin edilməsi, milli rəqəmsal strategiyalar və e-hökumət çərçivələri üzrə biliklərin tətbiq edilməsi;
  • Dəyərin maksimumlaşdırılması məqsədilə həcm və ardıcıllıq balansının qurulması, zəruri kompromis qərarlarının qəbul edilməsi;
  • Çoxfunksiyalı komandaların cəlb olunduğu mürəkkəb təşəbbüslərin idarə edilməsi, liderlik və əməkdaşlıq mühitinin formalaşdırılması, qeyri-müəyyən şəraitdə struktur və inam mühitinin yaradılması;
  • Yenilikçi və analitik düşüncə tərzinin tətbiq edilməsi, dəyişikliklərin təşviq edilməsi, empatik və daxili motivasiyaya əsaslanan yanaşmanın nümayiş etdirilməsi.


Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə 2-5 il arası peşəkar təcrübə (dövlət, biznes, xidmət, e-ticarət, opensource);
  • Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də qanun, fərman və sərəncamlar anlayışına malik olmaq;
  • G2C/G2G/G2B/ məhsullarının idarə edilməsində təcrübəyə malik olmaq;
  • Texniki həlləri qavramaq və qiymətləndirmək bacarığına malik olmaq, müasir "web arxitektura" anlayışlarını başa düşmək (məsələn, mikroservislər, API və s.);
  • Effektiv kommunikasiya qurmaq qabiliyyətinə sahib olmaq;
  • Komanda ilə şləmə və komandanı idarəetmə bacarığı;
  • Problem həll etmə və dəyişiklikləri idarəetmə bacarığı;
  • Sistem analizi, Re-design və PRD sənədlərini hazırlama bacarığı;
  • Agile və ya Design thinking üzrə təcrübəyə və biliklərə malik olmaq;
  • Jira, Confluence və Figma kimi alətlərdən istifadə təcrübəsi.



İVR İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…

Similar jobs

See all
Apply