KredAqroKredAqro

Məlumat Mərkəzi üzrə Operator

Posted 2 w ago Source: azvak.az ↗
Finance
Monthly salary
Salary negotiable
Application deadline
9 iyul 2026

About this role

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Məlumat Mərkəzi üzrə Operator vəzifəsinə işçi axtarışı elan edir.

İş qrafiki: 2 növbəli 09:00 - 21:00 / 21:00 – 09:00 (2 gün iş, 2 gün istirahət günü);

Əsas vəzifələr

  • Gələn zəngləri qəbul etmək, çıxış zənglərini həyata keçirmək (konsultasiyalar, məlumat dəqiqləşdirmə, geribildirim);

  • Müştərilərlə chat və e-mail vasitəsilə ünsiyyət qurmaq;

  • Şirkət məhsulları və xidmətləri barədə müştərilərə məsləhət vermək;

  • Müraciətləri CRM sistemində qeyd etmək;

  • Çətin sorğuları müvafiq şöbələrə yönəltmək;

  • Müştəri xidməti standartlarına və daxili SLA-lara riayət etmək.

Tələblər

  • Düzgün nitq (şifahi və yazılı);

  • Məlumat mərkəzi, müştəri xidməti və ya satış sahəsində təcrübə arzuolunandır, lakin mütləq deyil;

  • Kompüter bacarığı və onlayn ünsiyyətlə işləmək bacarığı;

  • Dinləmə bacarığı, səbirli olmaq, müştərilərə və komandaya müsbət münasibət.

Təklif edirik

  • Sabit əməkhaqqı + keyfiyyət və effektivlik üçün bonus;

  • Təlim, mentor dəstəyi;

  • Müasir alətlər və aydın iş prosesləri;

  • Karyera yüksəlişi perspektivi: operator → baş operator → qrup rəhbəri → növbə rəhbəri.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində Operator qeyd etməklə göndərmələri xahiş olunur. 

Similar jobs

See all