Premium Residence Sea Breeze Memar
Posted 23 h ago Source ↗
Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
"Premium Residence" komandası olaraq, möhtəşəm "Sea Breeze" layihəsi çərçivəsində vizyonumuzu bizimlə bölüşəcək, innovativ və dinamik Memar axtarışındayıq!
Əsas məlumatlar:
- Ünvan: Bakı, Nərimanov rayonu, Çapayev (Təbriz küçəsi)
- Əməkhaqqı: 800 - 1200 AZN (Namizədin portfolio və peşəkarlıq səviyyəsinə uyğun olaraq)
- İş qrafiki: Tam iş günü
Sizin öhdəlikləriniz:
- Genişmiqyaslı yaşayış və qeyri-yaşayış obyektlərinin eskiz və işçi layihələrinin sıfırdan hazırlanması;
- Memarlıq-inşaat bölməsinə aid çertyojların və detalların mükəmməl şəkildə işlənməsi;
- Layihələrin mövcud tikinti norma və qaydalarına (TNvQ) tam uyğunluğunun təmin edilməsi;
- Komanda ilə koordinasiyalı şəkildə çalışaraq layihələrin vaxtında təhvil verilməsi.
Namizədə dair tələblər:
- Yaş həddi: 25 - 40 yaş
- Memarlıq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahədə uğurlu iş təcrübəsi;
- AutoCAD, Archicad və ya Revit proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
- Detallara qarşı diqqətlilik, vizual zövq və kreativ yanaşma;
- Müasir memarlıq tendensiyalarını izləmək və tətbiq etmək qabiliyyəti.
Görülən işlərin keyfiyyətini əks etdirən portfolio və CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "Memar" qeyd etməyi unutmayın.
PRS 

Premium Residence Sea Breeze