R Rabitəbank ASCRabitəbank ASC

Menecer / Şöbə rəisi – Ticarət Maliyyələşdirilməsi və Faktorinq üzrə Satış

Bakı Posted 16 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
14 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

Ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır.


Vəzifə haqqında


Rabitəbank Ticarət Maliyyələşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu vəzifə üzrə əsas məqsəd beynəlxalq ticarət maliyyələşdirilməsi (Cross-Border Trade Finance) və Təchizat Zəncirinin Maliyyələşdirilməsi (Supply Chain Finance) məhsullarının satışını inkişaf etdirmək və yeni biznes imkanları yaratmaqdır.


Əsas vəzifələr

  • Korporativ və KOB müştərilərinə akkreditivlər (LC), bank zəmanətləri, faktorinq və digər ticarət maliyyələşdirilməsi məhsullarının, xüsusilə beynəlxalq əməliyyatlar üzrə satışını həyata keçirmək
  •  Yeni müştərilər cəlb etmək, Bankın mövcud korporativ və KOB müştəri bazasında ticarət maliyyələşdirilməsi məhsullarının satışını genişləndirmək
  • Beynəlxalq əməliyyatlar və müxbir bankçılıq istiqamətində Maliyyə Təşkilatları komandası ilə sıx əməkdaşlıq etmək
  • Təchizat Zəncirinin Maliyyələşdirilməsi biznesinin əvvəlcə yerli, daha sonra isə beynəlxalq səviyyədə inkişafına töhfə vermək

Tələblər

  • Bank sektorunda ticarət maliyyələşdirilməsi, korporativ/KOB satışları və ya maliyyə təşkilatları istiqamətində minimum 2 il iş təcrübəsi
  • Güclü satış bacarığı
  • Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək
  • Müştəri yönümlü, hədəflərlə işləməyi bacaran və nəticəyönümlü olmaq.


Biz nə təklif edirik?

  • Rəqabətli əməkhaqqı və bonus sistemi
  • Peşəkar inkişaf və təlim imkanları
  • Beynəlxalq layihələrdə iştirak imkanı
  • Dinamik və innovativ iş mühiti
  • Karyera yüksəlişi üçün geniş perspektivlər.
R Rabitəbank ASC
Rabitəbank ASC

Similar jobs

See all
Apply