CC Capital Construction MMCCapital Construction MMC

MEP üzrə Mühəndisi

Posted 2 d ago Source
Engineering
Monthly salary
Salary negotiable
Application deadline
12 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri

  • MEP (Mexaniki, Elektrik və Santexnika) sistemlərinin layihələrinin təhlili və icrasına nəzarət etmək;
  • HVAC, elektrik, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemlərinin koordinasiyasını təmin etmək;
  • Shop Drawing, As-Built və digər texniki sənədləri hazırlamaq və yoxlamaq;
  • Podratçı və subpodratçıların işlərini layihə və texniki standartlara uyğun şəkildə əlaqələndirmək;
  • Tikinti meydançasında görülən işlərin keyfiyyətinə və iş qrafikinə nəzarət etmək;
  • Material və avadanlıqların texniki spesifikasiyalara uyğunluğunu yoxlamaq;
  • Texniki problemlərin operativ həlli üçün layihə komandası ilə sıx əməkdaşlıq etmək;
  • Görülən işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.

Namizədə tələblər

  • Mexanika, Elektrik, İnşaat və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil;
  • MEP sahəsində minimum 3 il iş təcrübəsi;
  • AutoCAD proqramını yaxşı səviyyədə bilmək;
  • Revit MEP proqramını bilmək üstünlükdür;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Layihə oxuma, texniki hesablama və koordinasiya bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini bilmək üstünlükdür;
  • Məsuliyyətli, analitik düşüncəli və komandada işləmə bacarığı.

İş şəraiti

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək;
  • İş qrafiki: 6 günlük iş həftəsi (Bazar ertəsi–Şənbə);
  • İş yeri: Bakı şəhəri, Nəsimi r.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində MEP üzrə mühəndis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CC Capital Construction MMC
Capital Construction MMC
Tikinti

Similar jobs

See all