- Category
- Design
About this role
Biz, dinamik və yaradıcı marketinq agentliyimiz üçün rəqəmsal dünyanın nəbzini tutan, trendləri anında kontentə çevirən və brendlərin hekayəsini vizual/mətn formatında canlandıracaq Middle Content Creator axtarırıq!
Əsas Öhdəliklər:
- Kontent Strategiyası və Planlama: Agentliyin xidmət etdiyi brendlərin tonuna uyğun olaraq aylıq kontent planlarının hazırlanması.
- Vizual Kontent Yaradılması: Reels, TikTok və Shorts formatları üçün skriptlərin (ssenarilərin) yazılması.
- Kopiraytinq: Sosial media postları, hekayələr (stories) və reklam kampaniyaları üçün cəlbedici və yaradıcı mətnlərin yazılması.
- Sosial mediadakı qlobal və lokal trendlərin, trend audio və formatların gündəlik izlənilməsi, brendlərə uyğunlaşdırılması.
- Kontent menecer, SMM, Dizayner və Montajçılarla ilə sıx əməkdaşlıq edərək vizual konseptlərin qurulması.
Namizədə Dair Tələblər:
- Təcrübə: Marketinq agentliyində və ya bənzər mövqedə minimum 1-2 il aktiv iş təcrübəsi.
- Portfolio: Yaradıcılığınızı əks etdirən portfolionun olması mütləqdir (çəkiliş və montaj bilikləri olması üstünlükdür).
- Dil Bilikləri: Azərbaycan dilində mükəmməl yazı və şifahi nitq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür).
- Şəxsi Keyfiyyətlər: Yüksək kommunikasiya bacarığı, operativlik, time-management (dedlaynlarla işləmək qabiliyyəti) və komanda ruhu.
İş qrafiki: Həftədə 5 gün, 10:00 - 19:00.
İş rejimi - hibriddir.
Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını (və ya idarə etdikləri səhifələrdən/hazırladıqları video kontentlərdən nümunələri) [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Mövzu hissəsində "Middle Content Creator" yazılması mütləqdir. Portfolio olmayan müraciətlərə baxılmayacaq.