CIB Caspian Invest BOKTCaspian Invest BOKT

Mikro və Biznes kreditləri bölməsinin qrup rəhbəri (İsmayıllı)

Posted 20 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
26 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

BOKT “Caspian İnvest” MMC İsmayıllı filialına “Mikro və Biznes kreditləri bölməsinin qrup rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir.  

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsində)
  • Mikro və/və ya biznes kreditləri sahəsində minimum 2 il iş təcrübəsi, o cümlədən idarəetmə vəzifəsində ən azı 1 il təcrübə
  • Güclü liderlik, planlaşdırma və qərarvermə bacarığı
  • Analitik düşüncə və strateji yanaşma
  • Komanda ilə işləmə və motivasiya etmə qabiliyyəti
  • MS Office və bank/kredit proqramlarında işləmək bacarığı 

Vəzifə öhdəlikləri:

  • Mikro və biznes kreditləri şöbəsinin gündəlik fəaliyyətinə rəhbərlik etmək
  • Kredit mütəxəssislərindən ibarət komandanı idarə etmək və motivasiya vermək
  • Kredit portfelinin keyfiyyətinə, vaxtında ödənişlərə və risk səviyyəsinə nəzarət etmək
  • Satış hədəflərinin icrasını təmin etmək və filial rəhbərliyinə hesabat vermək
  • Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin gücləndirilməsi
  • Kredit siyasətinə və daxili prosedurlara riayət olunmasını təmin etmək
  • Komanda üzvlərinin təlim və inkişaf planlarını həyata keçirmək

İş şəraiti:

  • İş rejimi: 6/1
  • Ünvan: İsmayıllı rayonu
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

Biz təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Rahat və dinamik iş mühiti

Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “İsmayıllı filialı Mikro və Biznes kreditləri bölməsinin qrup rəhbəri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.

CIB Caspian Invest BOKT
Caspian Invest BOKT
Maliyyə və sığorta fəaliyyəti

Similar jobs

See all