AzTexİmport (ATİ) Mühafizəçi
About this role
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Bakı dairəvi yolu 1063; (Meyvəli gömrük terminalının yaxınlığı)
İş qrafiki: Növbəli iş qrafiki (1 gün iş, 2 gün istirahət);
Əmək haqqı: 700 – 800 AZN.
Namizədə dair tələblər:
Yaş həddi: 30 yaşadək;
Həqiqi hərbi xidmətini başa vurmuş olmalı;
Məhkumluğu olmamalı;
Fiziki cəhətdən sağlam olmalı;
Boy: minimum 175 sm, boya uyğun çəkidə olmalı.
Vəzifə öhdəlikləri:
Şirkətin ərazisinin, inzibati binalarının və əmlakının mühafizəsini təşkil etmək;
Giriş-çıxış (buraxılış) rejiminə nəzarət etmək;
İşçilərin, qonaqların və nəqliyyat vasitələrinin əraziyə daxil olma qaydalarını tənzimləmək və təmin etmək;
Video-müşahidə sistemlərinin (kamera) fəaliyyətinə fasiləsiz nəzarət etmək;
Girişə nəzarət sistemlərinin (kart, turniket), siqnalizasiya və digər texniki təhlükəsizlik vasitələrinin işləkliyini yoxlamaq;
Yanğın və digər fövqəladə hallarla bağlı təhlükəsizlik tədbirlərinə nəzarət etmək;
Tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində "Mühafizəçi" qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
