Mühasib
About this role
Əsas vəzifə və öhdəliklər:
Əmək haqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
Vergi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesablamaların aparılması;
Mühasibat uçotunun aparılması;
Elektron qaimə-fakturaların, hesab-fakturaların və aktların hazırlanması;
Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması;
Debitor və kreditor borclarının izlənilməsi;
Mühasibat sənədlərinin arxivləşdirilməsi;
Rəhbərliyin tələb etdiyi maliyyə hesabatlarının hazırlanması.
Tələb olunan keyfiyyətlər:
Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
MS Excel proqramını yaxşı səviyyədə bilmək;
Analitik düşünmə və məsuliyyətlilik.
Əmək haqqı hesablamaları və əmək qanunvericiliyi üzrə praktiki biliklər;
E-gov və digər aidiyyəti dövlət portalları ilə işləmə bacarığı
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mühasib) qeyd etməklə göndərmələri xahiş olunur.