AT
- Category
- Finance
About this role
Vəzifə öhdəlikləri:
Qaimələrin təqdim edilməsi:
- E-taxes.gov.az-da e-qaimələrin tərtib edilməsi və göndərilməsi,
- Qiymət Razılaşdırma Protokolu və Hesab-Fakturaların tərtib edilməsi,
- Müqavilələrə müştəri məlumatlarının daxil edilməsi,
Gələn qaimələrə nəzarət:
- Gələn qaimələrin düzgünlüyünün yoxlanılması (mal (xidmət) kodu, sifariş sənədilə uyğunluğu),
- Gələn qaimələrin sənədlərinin (Təhvil-təslim aktı, hesab-Faktura və s.) gəlməsinə nəzarət edilməsi,
Yük gömrük bəyannamələrinin işlənməsi:
- Daxil olan gömrük bəyannamələrinin yoxlanılması,
- Gömrük bəyannamələrinin təsdiqedici sənədlərinin yığılması və arxivləşdirilməsi,
Debitor və kreditorlara nəzarət:
- Müştəri tərəfindən bank hesabına daxil olan vəsaitin hesabatı,
- Təçhizatçılara ödənilmiş vəsaitin hesabatı,
- Alınmış və verilmiş avanslara nəzarət edilməsi.
- Rəhbərliyə həftəlik debitor-kreditor hesabatının təqdim edilməsi
- ERP (Logix) proqramında gündəlik məlumatların işlənilməsi:
- Debitor və kreditorlar üzrə müvafiq mühasibat hesabların yoxlanılması,
- Alış sənədlərinin işlənməsi,
- Bank sənədlərinin işlənməsi,
- Dövriyyə cədvəlində işlənmiş məlumatların düzgünlüyünə nəzarət edilməsi.
İş şərtləri:
- Əmək haqqı 600-800 AZN
- İş yeri: Bakı mərkəzi – şirkətin ofisində
- İş vaxtı: həftədə 5 gün, saat 9.00 – 18.00
Yalnız vəzifə öhdəliklərinə uyğun namizədlərin CV Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməsi xahiş olunur.
Xanım namizədlər CV göndərsin zəhmət olmasa.
Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı (Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).