Mühasibatlıq Xidmətləri MMC Mühasib
Posted 15 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Maliyyə sənədlərinin, hesab-fakturaların, ödəniş tapşırıqlarının və digər mühasibat sənədlərinin hazırlanması
- Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması
- Bank əməliyyatlarının və internet bankçılığı vasitəsilə ödənişlərin icrası
- Aylıq, rüblük və illik vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərinin hesablanması
- Mühasibat hesabları üzrə üzləşmələrin aparılması və maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət
- 1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi
- Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron sənədlərin hazırlanması və idarə olunması
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak
- Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi
- Rəhbərlik üçün maliyyə məlumatlarının və hesabatların hazırlanması
- Maliyyə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və daxili sənəd dövriyyəsinin idarə olunması
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi
- Vergi və mühasibat qanunvericiliyini yaxşı səviyyədə bilmək
- MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək
- Elektron hökumət portalları (e-taxes, e-gov və digər əlaqəli sistemlər) ilə işləmək bacarığı
- Analitik düşüncə, məsuliyyət və yüksək təşkilatçılıq bacarığı
- Detallara diqqət və müəyyən edilmiş müddətlər çərçivəsində işləmək bacarığı
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Azərbaycan dilində sərbəst, ingilis dili üzrə orta səviyyədə bilik
Biz təklif edirik:
- Əməkhaqqı müsahibə əsasında
- İş qrafiki həftə içi 5 gündür. Şənbə və bazar istirahət günü
- Peşəkar və dinamik komandada çalışma imkanı
- Karyera və peşəkar inkişaf perspektivləri
- Rahat və müasir ofis mühiti
- İş yeri: Stn plaza
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mühasibatlıq Xidmətləri MMC