Mühasib
Posted 18 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat sənədlərinin hazırlanması və işlənməsi
- E-qaimə, hesab-faktura və təhvil-təslim aktlarının tərtibi
- Bank əməliyyatlarının uçotu və ödəniş tapşırıqlarının hazırlanması
- Debitor və kreditor borclarının izlənməsi
- Vergi və digər dövlət portallarında ilkin əməliyyatların icrası
- əmək haqqı hesablanması və ödənilməsi, ƏMAS-la işləmək
- Müqavilə, əlavə, aktların hazırlanması və qovluqlarda səliqəli yığılması
- Baş mühasibin tapşırıqlarını yerinə yetirmək
Namizədə tələblər:
- Xanım namizəd
- Qeyd olunan sahə üzrə iş təcrübəsi;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel);
- Elektron hökümət portallarında işləmə bacarığı;
- Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;
- Detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemləri müstəqil həll edə bilmək bacarığı;
- Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş barədə məlumat:
- Əmək haqqı 600-800 azn (namizədin bilik və təcrübələrindən aslıdır)
- İş yeri: Gənclik metrosu yaxınlığında, Appro klinika ilə üzbəüz
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri iş günüdür.
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən sənədləşmə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Mühasib” və ad, soyad qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Əlaqəli şəxs: Zərbiyev Lətif
Əlaqə nömrəsi: +99450 531 75 05
SC
SER Consulting Group