Mühasib
Posted 19 h ago Source ↗
Category Finance
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
“AZERA Holding” tərkibində fəaliyyət göstərən AzEmal MMC üçün Mühasib vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Müəssisənin Maliyyə/mühasibat və vergi uçotunun aparılması,qurulması
- Kassa,bank əməliyyatlarının həyata keçirilməsi,düzgünlüyünün yoxlanılması
- Qaimə və vergi hesab fakturaların yazılması
- Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması və nəzarət edilməsi
- Əmək haqqı hesablanmasını etməsi,ə/h-na nəzarət və düzgün hesablanmasının kontrol edilməsi
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, balansdan silinməsi, köhnəlməsinin hesablanması
- Mal-materialların uçotunun aparılması,nəzarət edilməsi
- İxrac və idxal əməliyyatlarının uçotunun aparılması,dəyərinin hesablanması
- Gündəlik və aylıq,illik hesabatlarınin tərtib edilməsi,düzgünlüyünün yoxlanılması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik vergi, Statistika və DSMF hesabatlarının hazırlanması və aidiyyəti üzrə orqanlara təqdim edilməsi
- Aylıq olaraq satış və alış qaimələrinin sistem ilə düzgünlüyünün yoxlanılması və ona nəzarət edilməsi
Tələblər:
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə ali təhsil;
- Azərbaycan dili səlis, rus dili arzuolunandır.
- Kompyuter proqramlarının biliyi: MS Office (xüsusilə Excel), 1C, ERP sistemləri, e-taxes.gov.az, e-gov.az, e-sosial.az və digər elektron dövlət portalları ilə işləmək bacarığı
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə biliklər;
- 1C sistemləri və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Dövlət qurumlarında və ya dövlət iştiraklı müəssisələrdə iş təcrübəsi arzuolunandır;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
İş şərtləri:
- Əmək haqqı: 1000 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi.
- 6 günlük iş qrafiki.
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməniz xahiş edilir.
A 
Azera Holding
Maliyyə və sığorta fəaliyyəti