ZCZafer Consulting MMC

Mühasib

Bakı Posted 1 h ago Source
1–3 years Finance
Monthly salary
₼600 – 800
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

• Əməkhaqqı müsahibə əsasında

• İş qrafiki həftə içi 5 gündür. Şənbə və bazar istirahət günü

• Peşəkar və dinamik komandada çalışma imkanı

• Karyera və peşəkar inkişaf perspektivləri

• Rahat və müasir ofis mühiti

 

• Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Öhdəliklər

• Maliyyə sənədlərinin, hesab-fakturaların, ödəniş tapşırıqlarının və digər mühasibat sənədlərinin hazırlanması

• Debitor və kreditor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması

• Bank əməliyyatlarının və internet bankçılığı vasitəsilə ödənişlərin icrası

• Aylıq, rüblük və illik vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi

• Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərinin hesablanması

• Mühasibat hesabları üzrə üzləşmələrin aparılması və maliyyə əməliyyatlarının düzgünlüyünə nəzarət

• 1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi

• Elektron qaimə-fakturaların, e-qaimələrin və digər elektron sənədlərin hazırlanması və idarə olunması

• Ay sonu və il sonu bağlanış proseslərində iştirak

• Audit və vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi

• Rəhbərlik üçün maliyyə məlumatlarının və hesabatların hazırlanması

• Maliyyə sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və daxili sənəd dövriyyəsinin idarə olunması

Tələblər

• Yalnız xanım namizədlər

• Müvafiq sahə üzrə ali təhsil

• Mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi

• Vergi və mühasibat qanunvericiliyini yaxşı səviyyədə bilmək

• MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək

• Elektron hökumət portalları (e-taxes, e-gov və digər əlaqəli sistemlər) ilə işləmək

ZC
Zafer Consulting MMC

Similar jobs

See all
Apply