CO
Monthly salary
Salary negotiable
- Category
- Engineering
About this role
Biz, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olaraq, premium yaşayış kompleksləri və iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi üzrə ixtisaslaşmışıq. Bu istiqamətdə komandamıza təcrübəli Tikinti Mühəndisi axtarırıq.
İş şəraiti
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Razılaşma əsasında + əlavə
Vəzifə öhdəlikləri:
- Çoxmərtəbəli binaların tikinti prosesinə sahədə gündəlik texniki nəzarətin həyata keçirilməsi;
- Monolit dəmir-beton konstruksiyaların (armatur, beton, qəlib) icrasının layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsi;
- İşçi cizgilərin və layihə sənədlərinin sahədə düzgün icrasına nəzarət;
- Podratçı və işçi briqadalarının işinin koordinasiyası;
- Görülən iş həcmlərinin ölçülməsi, yoxlanılması və icra sənədlərinin (aktların) hazırlanması;
- Tikinti qrafikinin icrasına nəzarət və proseslərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Sahədə texniki problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
Tələblər:
- Yaş həddi: 40+
- Kişi namizədlər
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- Çoxmərtəbəli yaşayış binalarının tikintisində minimum 5 il təcrübə;
- Dəmir-beton işləri üzrə dərin praktiki biliklər;
- Layihə və işçi cizgilərin sərbəst oxunması və sahədə tətbiqi bacarığı;
- Tikinti norma və standartları (AZS, SNİP və s.) üzrə biliklər;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Sahədə operativ qərarvermə, məsuliyyət və komanda ilə işləmək bacarığı.
Yalnız tələblərə uyğun namizədlərə dönüş ediləcəkdir. Uyğun namizədlər öz CV məlumatlarını başlıq hissəyə vakansiya adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.