Mühəndis-proqramlaşdırıcı (backend developer)
Posted 2 d ago Source ↗
Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vəzifə öhdəlikləri:
- C# proqramlaşdırma dili əsasında backend tətbiqlərin dizaynı, inkişafı və davamlı texniki dəstəyi;
- Verilənlər bazası ilə effektiv işləmə: SQL sorğularının yazılması, optimallaşdırılması və performansın artırılması;
- RESTful API-ların arxitekturasının qurulması və inteqrasiyası;
- Kod keyfiyyətinin təmin olunması məqsədilə komanda daxilində code review proseslərində iştirak;
- Texniki sənədlərin hazırlanması və sistem arxitekturasının sənədləşdirilməsi;
- Mövcud sistemlərin performansının monitorinqi və optimallaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil
- İş stajı: 2 il (C# və .NET Framework / .NET Core texnologiyaları üzrə real layihələr)
- Dil biliyi: İngilis (texniki)
- Rəqəmsal bilik və bacarıqlar:
- SQL sahəsində dərin biliklər: T-SQL, stored procedures, query optimization (MSSQL);
- ORM alətləri ilə praktiki təcrübə (Entity Framework və ya Dapper);
- REST API-ların hazırlanması və inteqrasiyası sahəsində real layihə təcrübəsi;
- Versiya idarəetmə sistemləri ilə işləmə bacarığı (Git).
Əlavə üstünlük hesab olunur:
- Microservices arxitekturası üzrə bilik və ya praktiki təcrübə;
- Cloud texnologiyaları ilə işləmə (Microsoft Azure və ya digər platformalar);
- Unit testlərin yazılması və test yönümlü inkişaf (TDD) prinsipləri barədə anlayış;
- Python bilikləri.
- Analitik düşüncə, komandada işləmə bacarığı, diqqətlilik, innovativlik, təşəbbüskarlıq, peşəkar ehtiyatlılıq, nətcəyönümlülük
İş şəraiti
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza
- Əlavə üstünlüklərimiz:
- Könüllü tibbi sığorta;
- Nahar ilə təmin edilmə;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mühəndis-proqramlaşdırıcı” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
AE 
ADY Express
Nəqliyyat və anbar təsərrüfatı
Nəqliyyat sisteminin inkişafı Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmiz coğrafi cəhətdən Qafqazın əlverişli mövqeyində yerləşir. Bu mövqe Xəzəryanı ölkələrin tranzit yükdaşıma…