Mülki İnşaat Mühəndisi (Civil Engineer)
About this role
Əsas vəzifələr:
Yarımstansiya və digər tikinti layihələri üzrə mülki işlərin layihələndirilməsi, cizgilərin hazırlanması və texniki həllərin işlənib hazırlanmasını təmin etmək;
Layihə və shop drawing-ləri müstəqil şəkildə hazırlamaq, texniki detalları düzgün işləmək və sahədə tətbiqinə nəzarət etmək;
Görülən işlərin layihə tələblərinə, texniki spesifikasiyalara, normativ sənədlərə və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
Sahədə podratçılar, mühəndislik qrupları və digər aidiyyəti tərəflərlə koordinasiyanı həyata keçirmək;
İşlərin icra qrafikinə uyğun, vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
Texniki hesabatların, icra sənədlərinin və tələb olunan digər sənədlərin hazırlanmasında iştirak etmək;
Sahədə yaranan texniki məsələlərin operativ həllinə dəstək vermək.
Namizədə tələblər:
Mülki inşaat mühəndisliyi və ya müvafiq ixtisas üzrə ali təhsil;
Mülki tikinti sahəsində minimum 5 il iş təcrübəsi;
Yarımstansiya, enerji, sənaye və ya iri həcmli tikinti layihələrində təcrübə üstünlükdür;
AutoCAD proqramı və texniki layihə sənədləri ilə müstəqil işləmək bacarığı;
Layihə cizgilərini, shop drawing və texniki sənədləri hazırlamaq, işləmək və inkişaf etdirmək bacarığı;
Tikinti prosesləri, sahə işlərinin təşkili, keyfiyyətə nəzarət və texniki koordinasiya üzrə biliklər;
Məsuliyyətli, dəqiq, analitik düşüncəli və komandada işləmək bacarığı;
İngilis dili biliyi mütləqdir.
Əmək haqqı təcrübəyə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına "Civil Engineer" başlığı ilə göndərə bilərlər.
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.