Mütəxəssis
About this role
“STP GLOBAL CABLE” MMC Maliyyə departamenti, Qiymətləndirmə bölməsinə “Mütəxəssis” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya uyğun ixtisas);
- Qiymətləndirmə və ya hesabatlılıq sahəsində minimum 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarında, xüsusilə MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- İngilis və rus dillərini orta səviyyədə bilmək üstünlük hesab olunur.
- Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
- Yüksək kommunikasiya və təqdimat bacarığı.
Hansı işləri görəcəksiniz?
- Məhsul və xidmətlərin normativ sənədlər əsasında plan maya dəyəri kalkulyasiyalarını hazırlamaq;
- Zərurət yarandıqda layihə-qiymətləndirmə hesabatlarını tərtib etmək;
- Təsdiq edilmiş mənfəət marjasını (mark-up) tətbiq etməklə topdansatış qiymətlərini hesablamaq və yeniləmək;
- Qiymət cədvəllərini (Price List) hazırlayaraq satış komandasına təqdim etmək;
- Qiymətləndirmə ilə bağlı hesabatları vaxtında və dəqiq hazırlamaq;
- Daxili hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək;
- Şirkətin daxili prosedur və qaydalarına riayət etmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla göndərilməsi xahiş olunur.