- Experience
- 1 ildən 3 ilə qədər
About this role
* Firewall, kommutatorlar (switches), marşrutlaşdırıcılar (routers), AP-lər və kontrollerlər daxil olmaqla, şəbəkə infrastrukturunu (2–3-cü səviyyə) idarə etmək və optimallaşdırmaq;
* Yeni ofis/məlumat mərkəzi şəbəkələrinin və ya kritik arxitektura dəyişikliklərinin uçdan-uca planlaşdırılmasına və həyata keçirilməsinə rəhbərlik etmək;
* ACL-lər, VLAN-lar, subnetting və firewall üzrə ən yaxşı təcrübələrlə bağlı qabaqcıl konfiqurasiya və nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
* Telekommunikasiya provayderləri, DNS, DHCP, korporativ Wi-Fi sistemləri, service desk müraciətləri, strukturlaşdırılmış kabelçilik və fiber optika ilə bağlı idarəetmə və yüksək səviyyəli dəstək göstərmək;
* Avtomatlaşdırma, şəbəkənin yenilənməsi (network refresh) və s. kimi böyük şəbəkə ilə bağlı layihələri müstəqil şəkildə başlanğıcdan sona qədər idarə etmək və aidiyyəti komandaları mentorluq etmək;
* Şəbəkə konfiqurasiyalarını standartlara uyğun şəkildə sənədləşdirmək (rack sxemləri, port xəritələri, CIDR diapazonları, VLAN-lar, VPN-lər, switch konfiqurasiyaları, marşrut cədvəlləri və s.);
* Şəbəkə parametrlərində icazəsiz dəyişiklikləri monitorinq etmək və aşkar etmək;
* On-premise şəbəkələr üçün yeni avadanlıqların yerləşdirilməsi və konfiqurasiyasına rəhbərlik etmək;
* IP telefonlar, PBX, kommutatorlar, marşrutlaşdırıcılar, AP-lər və s. üçün kütləvi firmware yeniləmələrini planlaşdırmaq və icra etmək;
* Konfiqurasiya və image ehtiyat nüsxələrinin müntəzəm saxlanılmasını təmin etmək;
* Bir neçə ofis, bulud və on-premise inteqrasiyalı mühitlər üçün SD-WAN, VPN və WAN texnologiyalarının istifadəsi və konfiqurasiyası üzrə qabaqcıl təcrübəyə malik olmaq.