Növbə rəisi
Work mode Full-time Experience 3–5 years
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Vakansiyanın təsviri
- İstehsal planına uyğun olaraq növbə ərzində çörək istehsalını təşkil və idarə etmək.
- İstehsal sahəsində çalışan işçilər arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək.
- Texnoloji proseslərin (xəmirin hazırlanması, mayalanma, formalaşdırma, bişirmə və qablaşdırma) texnoloji təlimatlara uyğun yerinə yetirilməsini təmin etmək.
- Məhsulun keyfiyyət göstəricilərinə, standartlara və resepturalara əməl olunmasına nəzarət etmək.
- Xammal, köməkçi materiallar və qablaşdırma vasitələrinin səmərəli istifadəsini təmin etmək, itki və israfın qarşısını almaq.
- Avadanlıqların düzgün istismarına nəzarət etmək, nasazlıqlar aşkar edildikdə aidiyyəti şöbələrə məlumat vermək və tədbirlər görülməsini təmin etmək.
- İstehsal sahəsində sanitariya-gigiyena qaydalarına, qida təhlükəsizliyi tələblərinə və əməyin mühafizəsi normalarına riayət olunmasına nəzarət etmək.
- Hazır məhsulun miqdarını və keyfiyyətini yoxlamaq, normadan kənar halları operativ şəkildə aradan qaldırmaq.
- Növbə ərzində istehsal göstəricilərini, istifadə olunan xammalı, istehsal olunan məhsulun həcmini və baş vermiş hadisələri müvafiq jurnallarda və hesabatlarda qeyd etmək.
- İstehsal prosesində yaranan problemləri operativ həll etmək və rəhbərliyi vaxtında məlumatlandırmaq.
- İşçilərin əmək intizamına riayət etməsinə nəzarət etmək, yeni işçilərin adaptasiyasında və təlimatlandırılmasında iştirak etmək.
- Növbənin təhvil-təslim prosesini düzgün təşkil etmək, növbəti növbə rəisinə istehsalın vəziyyəti barədə tam məlumat vermək.
- Məhsulun keyfiyyətinə təsir edə biləcək riskləri müəyyən etmək və profilaktik tədbirlər həyata keçirmək.
- Müəssisənin daxili qaydalarına, keyfiyyət idarəetmə sisteminin, qida təhlükəsizliyi (HACCP/ISO 22000) və digər normativ sənədlərin tələblərinə əməl etmək.
- Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi prosedurlara uyğun hərəkət etmək və işçilərin təhlükəsizliyini təmin etmək.
Xüsusi tələblər
- Təhsil: Texniki
- Yaş həddi:25-45 yaş
- Cinsi: Kişi
- Komanda ilə işləmə bacarıqları.
- Məsuliyyətlilik
- Çeviklik
- Fiziki cəhətdən sağlam
- İş təcrübəsi: Minimum 3 il
№1 Çörək Zavodu