R Radion Group MMCRadion Group MMC

Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis

Posted 1 d ago Source
HR
Monthly salary
Salary negotiable
Application deadline
19 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar komandamıza məsuliyyətli, təşəbbüskar və peşəkar Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis dəvət edirik.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin inzibati və ofis işlərinin təşkili və koordinasiyası;
  • Daxil olan və göndərilən sənədlərin, məktubların və rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
  • Müqavilələrin, əlavələrin, aktların, təhvil-təslim sənədlərinin, qiymət təkliflərinin və digər hüquqi-texniki sənədlərin hazırlanması;
  • Dövlət Satınalmaları Portalında elan olunan tenderlərin gündəlik izlənilməsi, təhlili və şirkətin tenderlərdə iştirakının təşkili;
  • Tender sənədlərinin hazırlanması, elektron sistemə yüklənməsi və tender prosesinin sonunadək izlənilməsi;
  • Dövlət qurumlarının elektron informasiya sistemləri və portalları ilə işləmək;
  • Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər elektron sənədlərin hazırlanması;
  • Müştərilər, tərəfdaşlar və dövlət qurumları ilə rəsmi yazışmaların aparılması;
  • Gündəlik kassa və xırda maliyyə əməliyyatlarının uçotunun aparılması (tam mühasibatlıq funksiyası nəzərdə tutulmur);
  • Rəhbərliyin verdiyi inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Ofis sənəd dövriyyəsinin və məlumat bazasının düzgün idarə olunması.

Namizədə tələblər

  • Bəy namizədlərə üstünlük verilir.
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət (rus və ya ingilis dili biliyi üstünlükdür);
  • MS Office proqramlarını, xüsusilə Word və Excel proqramlarını yüksək səviyyədə bilmək;
  • Elektron hökumət platformaları və digər dövlət portalları ilə işləmək bacarığı;
  • Dövlət Satınalmaları Portalında tender prosedurları üzrə iş təcrübəsi üstünlük hesab olunur;
  • Elektron qaimə-fakturaların hazırlanması üzrə bilik;
  • Rəsmi yazışma və sənədləşmə qaydalarını bilmək;
  • Analitik düşünmə, məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı;
  • Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı.

Biz təklif edirik

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Əməkhaqqı: müsahibə əsasında təyin olunacaq 
  • Stabil və uzunmüddətli iş mühiti;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

Tələblərə uyğun namizədlərdən CV-lərini “Ofis Meneceri / Tender və Kargüzarlıq üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan poçt ünvanına göndərmələri xahiş olunur.

R Radion Group MMC
Radion Group MMC

Similar jobs

See all
Apply