Ön Masa üzrə Kiçik Mütəxəssis
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Müştərilərimizə yüksək xidmət keyfiyyəti təqdim edəcək, xidmət mərkəzinə və əlaqə kanalları vasitəsilə daxil olan müraciətləri operativ şəkildə idarə edəcək Ön Masa üzrə Kiçik Mütəxəssis axtarırıq.
+ ' ' +- Ali və ya orta ixtisas təhsili;
- Müştəri xidməti, əlaqə mərkəzi, satış və ya front office sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
- Lənkəran şəhərində yaşaması və ya həmin bölgədə işləmək imkanı olması;
- MS Office proqramlarında işləmək bacarığı;
- Müştəri yönümlü yanaşma və güclü ünsiyyət bacarıqları;
- Şikayət və müraciətlərin operativ və peşəkar şəkildə idarə olunması bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və yüksək təşkilatçılıq bacarığı;
- Komandada işləmək və eyni zamanda müstəqil qərar qəbul etmək bacarığı.
- İnkişaf imkanları;
- Rəqabətli əmək haqqı və bonuslar;
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Visa Premium əmək haqqı kartı;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi krediti.
- Xidmət mərkəzinə müraciət edən müştəriləri qəbul etmək və onlara müəyyən edilmiş prosedur və təlimatlara uyğun xidmət göstərmək;
- Müştərilərin istək, təklif və şikayətlərini qəbul etmək, sistemdə qeydiyyata almaq, aidiyyəti struktur bölmələrə yönləndirmək və icra prosesini izləmək;
- Müştərilərə şirkətin məhsul və xidmətləri barədə dəqiq və dolğun məlumat təqdim etmək;
- Əlaqə kanalları vasitəsilə daxil olan müraciətləri qəbul etmək və cavablandırmaq;
- Daxil olan müraciətin növünü düzgün müəyyən etmək və xüsusi proqram təminatında qeydiyyata almaq;
- Təlimatlara uyğun olaraq müraciətləri araşdırmaq və həlli üçün aidiyyəti struktur bölmələrə yönləndirmək;
- Müəyyən edilmiş prosedurlara əsasən müştərinin eyniləşdirilməsini həyata keçirmək;
- Araşdırılmış müraciətlərin nəticəsi barədə müştəriləri məlumatlandırmaq;
- Şirkətə daxil olan rəsmi məktubları qəbul etmək, qeydiyyata almaq, aidiyyəti ünvanlara yönləndirmək və sənədlərin düzgün saxlanılmasını təmin etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
KB 
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…