This job is no longer active
You can view similar jobs below.
A AzercellAzercell

Operator

Bakı Posted 1 h ago Source
Under 1 year Customer Service
Monthly salary
₼400 – 600
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Mobil operator sahəsində fəaliyyət göstərən komandamıza evdən (remote) işləyəcək əməkdaş axtarılır.

 

İş barədə məlumat:

İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00

İş formatı: Tam onlayn / evdən

Əlavə qazanc imkanları:

 

Müəyyən dövrlərdə (ayda və ya 2 ayda bir dəfə) təxminən 10–15 günlük kampaniyalar keçirilə bilər. Bu müddətdə bazarda olan mobil nömrələrlə əlaqə saxlayaraq nömrədaşıma (MNP) təkliflərinin edilməsi nəzərdə tutulur.

 

Bu iş əsas əmək haqqından əlavə ödənişlə həyata keçirilir və hər uğurlu nömrədaşıma üçün ayrıca bonus hesablanır.

 

Əməkdaş istəyə bağlı olaraq passiv satış fəaliyyəti də göstərə bilər. Məsələn, LinkedIn və digər onlayn kanallar vasitəsilə potensial korporativ müştərilər taparaq satış həyata keçirə və əlavə bonuslar qazana bilər.

 

Bonus sistemi: Həm nömrədaşıma, həm də digər satışlar üzrə bonus məbləği satılan tarif paketinin dəyərinə uyğun olaraq hesablanır. Satış və bonus imkanlarında məhdudiyyət yoxdur.

 

Əmək haqqı:

 

400–600 AZN – namizədin iş təcrübəsi, bilik və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir.

 

Əlavə olaraq:

 

Nömrədaşıma üzrə bonuslar;

Tarif və satış üzrə bonuslar;

Kampaniya dövrlərində əlavə ödəniş;

Passiv satışlardan əlavə qazanc imkanı.

 

Qeyd: İş tamamilə onlayn formatdadır. Əsas vəzifələrlə yanaşı, daha çox qazanc əldə etmək istəyən əməkdaşlar üçün satış və nömrədaşıma üzrə əlavə bonus imkanları mövcuddur.

Öhdəliklər

Ərazidə çalışan satış əməkdaşları tərəfindən göndərilən sənədlərin qəbul edilməsi və sistemə işlənməsi;

Görülən işlərin Excel üzərindən hesabatının hazırlanması və aparılması;

Korporativ e-poçtların mütəmadi yoxlanılması və müvafiq cavabların verilməsi;

Tapşırıqların vaxtında və dəqiq icra olunması.

Tələblər

Microsoft Excel və e-poçtla işləmə bacarığı;

Kompüter və onlayn sistemlərdən sərbəst istifadə;

Sənədlərlə diqqətli və məsuliyyətli işləmək;

Dəqiqlik və operativlik;

Ünsiyyət və telefon danışığı bacarığı;

Satış və ya mobil operator sahəsində təcrübə üstünlükdür.

Similar jobs

See all