Pərakəndə kart biznesi sahəsinə biznes analitika üzrə baş mütəxəssis
- Work mode
- Full-time
- Category
- IT
About this role
Görəcəyiniz işlər:
- Biznes tələblərini toplamaq, analiz etmək və sənədləşdirmək;
- Texniki komandalar üçün aydın və icra oluna bilən tələblər hazırlamaq;
- Yeni funksionallıqlar üzrə user story, acceptance criteria və proses təsvirləri yazmaq;
- Sistem davranışını biznes ehtiyacları ilə uyğunlaşdırmaq;
- QA və Development komandaları ilə test və düzəliş proseslərini izləmək;
- Layihə üzrə riskləri, blocker-ləri və açıq sualları müəyyən etmək;
- Confluence, Jira və digər alətlərdə sənədlərin aktuallığını təmin etmək;
- Tələblərin tam və aydın sənədləşdirilməsini təmin etmək;
- Proses və sistem dəyişikliklərinin biznes məqsədlərinə uyğunluğunu izləmək;
- Layihələrin vaxtında və keyfiyyətli icrasına dəstək vermək;
- Stakeholder-lər üçün şəffaf və izlənə bilən iş axınının formalaşdırılmasına töhfə vermək.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilə;
• Biznes tələblərinin toplanması, analizi və sənədləşdirilməsi bacarıqlarına;
• BPMN, flowchart və proses xəritələrinin qurulması bacarığına;
• Sistemlərarası inteqrasiyaların və data flow-ların analiz edilməsi təcrübəsinə;
• Agile/Scrum metodologiyası üzrə bilik və təcrübəyə;
• Jira, Confluence və oxşar alətlərlə işləmə bacarığına;
• Prioritetləşdirmə və scope idarəetməsi bacarığına;
• API anlayışı, REST API və JSON strukturlarını oxuma və anlama bacarığına;
• SQL üzrə baza biliklərinə və sadə sorğular yazmaq bacarığına;
• UAT və regression test proseslərində iştirak təcrübəsinə;
• Analitik düşüncə və problem həll etmə qabiliyyətinə;
• Xüsusilə kart məhsulları, ödəniş sistemləri və rəqəmsal bank xidmətləri üzrə biliklərə;
• Kartların verilməsi, aktivasiya/deaktivasiya, limit dəyişiklikləri və təhlükəsizlik tədbirləri üzrə biliklərə;
• Kart şəbəkələri (Visa, MasterCard), clearing, switching, gateway sistemləri üzrə biliklərə;
• Kart məlumatlarının qorunması və təhlükəsizlik standartlarının təmin edilməsi üzrə biliklərə;
• Mərkəzi Bank tələbləri, AML/KYC qaydaları və digər normativlərə uyğunluq üzrə biliklərə;
• Kart, mobil tətbiq və back-end sistemlərinin uzlaşdırılması və məlumat axınının təmin olunması üzrə təcrübəyə;
• Tokenizasiya, mobil ödənişlər, biometrik təsdiq, virtual kartlar və s. üzrə biliklərə;
• Məsuliyyətli, nəticəyönümlü və komanda ilə işləmə bacarığına sahib olan şəxsdir.
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.