BOB Bank of BakuBank of Baku

Pərakəndə kredit məhsulları şöbəsinin kiçik eksperti

Posted 19 h ago Source
Finance
Monthly salary
Salary negotiable
Application deadline
20 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Vəzifə öhdəlikləri:

  • Rəqib banklar, maliyyə qurumları və bazar konyunkturu üzrə məlumatların toplanması, emalı və data əsaslı təhlilinin aparılması; bazar ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq məhsul/təkliflərin hazırlanması;
  • Yeni kredit məhsulları və mövcud məhsullara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması zamanı statistik məlumatların təhlili, trendlərin qiymətləndirilməsi və nəticələrin əsaslandırılmış formada təqdim edilməsi;
  • Pərakəndə kredit məhsullarına dair bütün tələb olunan hesabatların hazırlanması üçün məlumatların toplanması, emalı, sistemləşdirilməsi və nəticələrin analitik şəkildə təqdim olunması;
  • Yeni və rəqəmsal kredit məhsullarının hazırlanması prosesində data təhlilindən istifadə edərək təkmilləşdirmə sahələrinin müəyyən edilməsi; texniki tapşırıqların yazılması və tətbiq prosesində məlumatların düzgün inteqrasiyasına nəzarət və s.

Yumşaq bacarıqlar

  • Təşəbbüskarlıq
  • Məsuliyyət
  • Nəticəyə yönümlülük

Digər şərtlər

  • Ali təhsil - İqtisadi-idarəetmə sahəsində.
  • Minimum 0–1 il uyğun iş təcrübəsi

Dil biliyi

  • Azərbaycan - Yüksək

Kompüter biliyi

  • MS Office  - orta

Biz sizə nə təklif edirik?

  • Karyera inkişafı üçün əlverişli mühit;
  • Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
  • Komanda quruculuq tədbirlərində iştirak imkanı;
  • İdman zallarında endirim imkanları;
  • Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
  • Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
  • Həyatın yığım sığortasına qoşulmaq imkanı.

Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.

BOB Bank of Baku
Bank of Baku
Maliyyə və sığorta fəaliyyəti

“Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük…

Similar jobs

See all
Apply