AB ATB BankATB Bank

Pərakəndə Kredit Məhsullarının İdarəedilməsi üzrə Mütəxəssis/aparıcı/baş mütəxəssis – Məhsul İdarəetməsi Departamenti

Bakı Posted 2 h ago Source
Full-time 3–5 years Finance
Monthly salary
Salary negotiable
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

  • Mövcud kredit məhsulları və proseslərinin təhlili, təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Kredit müraciətlərinin emalı və qərarvermə proseslərinin effektivliyinin artırılmasına dəstək;
  • Yeni məhsul və həllərin hazırlanmasında iştirak (məhsul şərtləri, qərarvermə məntiqi, proses axınları);
  • Data əsaslı qərarvermə yanaşmalarının tətbiqi və inkişafı;
  • Biznes tələblərinin hazırlanması və sənədləşdirilməsi;
  • IT və development komandaları ilə əməkdaşlıq edərək texniki tələblərin formalaşdırılması və implementasiyanın izlənilməsi;
  • Kredit proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərində iştirak;
  • Mövcud proseslərdə boşluqların müəyyən edilməsi və aradan qaldırılması üzrə təkliflərin verilməsi;
  • Müxtəlif biznes və dəstək funksiyaları arasında koordinasiyanın təmin olunması.


Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Azərbaycan dili səlis, İngilis dili biliyi (yazılı və şifahi) üstünlükdür;
  • Analitik və data əsaslı düşünmə qabiliyyəti;
  • Güclü ünsiyyət və tərəfdaşları idarəetmə bacarıqları;
  • Kredit məhsulları və ya maliyyə təhlili üzrə ilkin biliklər və Excel üzrə işləmə bacarığı (kiçik mütəxəssis vəzifəsinə iddia edən namizədlərdən tələb olunur);
  • İstehlak kreditlərinin təhlili üzrə minimum 3-5 il iş təcrübəsi, maliyyə hesabatlarının təhlili və kredit riskinin qiymətləndirilməsi üzrə biliklər, underwriting və kredit qərarvermə proseslərində praktiki təcrübə, Excel üzrə yüksək səviyyə və SQL bilikləri üstünlükdür (mütəxəssis və aparıcı mütəxəssis vəzifələrinə iddia edən namizədlərdən tələb olunur);
  • Kredit məhsullarının inkişafı və optimallaşdırılması üzrə dərin təcrübə, proseslərin qurulması və transformasiyası bacarığı, biznes və risk balansını strateji səviyyədə qiymətləndirmə qabiliyyəti, stakeholder idarəetmə və layihə rəhbərliyi təcrübəsi (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlərdən tələb olunur).


Texniki biliklər

  • Excel – yüksək səviyyədə (data analizi, modelləşdirmə);
  • SQL və ya digər data sorğu alətləri üzrə biliklər;
  • Biznes proseslərin modelləşdirilməsi üzrə anlayış;
  • API və sistem inteqrasiyası üzrə baza biliklər.



AB ATB Bank
ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…

Similar jobs

See all
Apply