VMF Piyada Kuryer (Saatların ünvanlara çatdırılması)
About this role
İş şəraiti
Ünvan: Bakı (Metrostansiyalara yaxın ərazilər üstünlük təşkil edir)
Maaş: Razılaşma yolu ilə (və ya Sabit maaş + Bonus)
Məşğulluq: Tam iş günü
İşin təsviri və öhdəliklər:
Şirkətin mağaza və ya mərkəzi anbarından çıxan qol saatlarının müştərilərə piyada və ya ictimai nəqliyyat vasitəsilə ünvanlara vaxtında çatdırılması.
Daşınma zamanı zərif və bahalı məhsulların (saatların və qutuların) təhlükəsizliyini qorumaq, zədələnmədən ünvana çatdırmaq.
Çatdırılma anında müştərilərlə peşəkar, nəzakətli ünsiyyət qurmaq və lazımi sənədləşməni (zəmanət talonu və s.) icra etmək.
Nağd ödənişlərlə dəqiq işləmək, qəbul edilən vəsaiti tam şəkildə kassaya təhvil vermək.
Namizədə dair tələblər:
Bakı şəhərini, xüsusilə mərkəzi küçələri və metrostansiyaların ətrafını yaxşı tanımaq.
İctimai nəqliyyatdan və naviqasiya (xəritə) proqramlarından sərbəst istifadə etmək bacarığı.
Fiziki cəhətdən dözümlü, çevik və punktual olmaq.
Məsuliyyətli, etibarlı və dürüst olmaq (məhsulların maddi dəyəri yüksəkdir).
Səliqəli xarici görünüş və xoş ünsiyyət qabiliyyəti
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
İş qrafiki: Razılaşma əsasında (məsələn, 6 günlük iş həftəsi).
İctimai nəqliyyat (Metro/Avtobus) və mobil rabitə xərclərinin şirkət tərəfindən qarşılanması.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsinə "Piyada Kuryer" yazaraq [email protected] elektron poçt ünvanına ünvanına göndərə bilərlər.

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin…