V
Monthly salary
Salary negotiable
- Category
- Logistics
About this role
İş şəraiti
- Ünvan: Bakı (Metrostansiyalara yaxın ərazilər üstünlük təşkil edir)
- Maaş: Razılaşma yolu ilə (və ya Sabit maaş + Bonus)
- Məşğulluq: Tam iş günü
İşin təsviri və öhdəliklər:
- Şirkətin mağaza və ya mərkəzi anbarından çıxan qol saatlarının müştərilərə piyada və ya ictimai nəqliyyat vasitəsilə ünvanlara vaxtında çatdırılması.
- Daşınma zamanı zərif və bahalı məhsulların (saatların və qutuların) təhlükəsizliyini qorumaq, zədələnmədən ünvana çatdırmaq.
- Çatdırılma anında müştərilərlə peşəkar, nəzakətli ünsiyyət qurmaq və lazımi sənədləşməni (zəmanət talonu və s.) icra etmək.
- Nağd ödənişlərlə dəqiq işləmək, qəbul edilən vəsaiti tam şəkildə kassaya təhvil vermək.
Namizədə dair tələblər:
- Bakı şəhərini, xüsusilə mərkəzi küçələri və metrostansiyaların ətrafını yaxşı tanımaq.
- İctimai nəqliyyatdan və naviqasiya (xəritə) proqramlarından sərbəst istifadə etmək bacarığı.
- Fiziki cəhətdən dözümlü, çevik və punktual olmaq.
- Məsuliyyətli, etibarlı və dürüst olmaq (məhsulların maddi dəyəri yüksəkdir).
- Səliqəli xarici görünüş və xoş ünsiyyət qabiliyyəti
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
- İş qrafiki: Razılaşma əsasında (məsələn, 6 günlük iş həftəsi).
- İctimai nəqliyyat (Metro/Avtobus) və mobil rabitə xərclərinin şirkət tərəfindən qarşılanması.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsinə "Piyada Kuryer" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına ünvanına göndərə bilərlər.