Portfellərin idarəedilməsi şöbəsinin Baş Layihə Meneceri
Work mode Full-time
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
- Layihə menecerləri ilə sıx əməkdaşlıq və koordinasiya çərçivəsində sahə üzrə layihələrin effektiv idarə olunmasının təmin edilməsi;
- Təşkilatın strateji hədəflərinə uyğun olaraq layihə portfelinin formalaşdırılması, prioritetləndirilməsi və icrasını təmin edilməsi;
- Layihə menecerləri ilə birlikdə layihə planlarının (məqsədlər, vaxt qrafikləri, büdcə) hazırlanmasına nəzarət və uyğunluğun təmin edilməsi;
- İstiqamət üzrə layihələrin icra vəziyyətinin mütəmadi monitorinqi və ümumi performansın qiymətləndirilməsi;
- Layihə menecerləri tərəfindən idarə olunan layihələrdə əhatə dairəsi (scope), dəyişikliklər və resursların effektiv idarə olunmasına nəzarət olunması;
- Resursların layihələr arasında optimal bölgüsünü təmin etmək və prioritetlərə uyğun şəkildə yönləndirilməsi;
- Layihə menecerlərinə tapşırıqların icrası və irəliləyişin izlənilməsi üzrə dəstək göstərilməsi və koordinasiyanın təmin edilməsi;
- Maraqlı tərəflərlə portfel səviyyəsində kommunikasiya qurmaq, konsolidə olunmuş hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- İstiqamət üzrə risklərin və problemlərin müəyyən edilməsi, layihə menecerləri ilə birlikdə onların azaldılması üçün tədbirlərin görülməsi;
- Bütün layihələrin vaxtında, müəyyən edilmiş əhatə dairəsində və büdcə daxilində icrasına nəzarət və ümumi uyğunluğun təmin edilməsi;
- İstiqamət üzrə sənədləşmənin standartlaşdırılması və layihə menecerləri tərəfindən hazırlanmış sənədlərin keyfiyyətinə nəzarət;
- Layihələr tamamlandıqdan sonra ümumi portfel səviyyəsində qiymətləndirmələrin aparılması, əldə olunan nəticələrin təhlili və “lessons learned” yanaşmasının tətbiqi.
Tələblər
- Ali təhsil: (İnformasiya Texnologiyaları, İqtisadiyyat və ya Menecment ixtisasları üzrə);
- İş təcrübəsi: Rəqəmsallaşma, süni intellekt, innovasiya və qanunvericilik layihələri üzrə minimum 4 il praktiki iş təcrübəsi;
- Layihə statusunun hesabatlılığına dair analitik bacarıqlar;
- Sertifikatlar: PMP, PgMP və ya PfMP sertifikatlarının olması zəruridir;
- Əlavə üstünlük: Dövlət qurumlarında iş təcrübəsinin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (əla) | Rus dili (arzuolunandır);
- Kompüter və texniki bilikləri; Microsoft Office Programs (Word, Excel, Power Point), Jira, Confluence.
İVR 
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…