AE AEM ElektronAEM Elektron

Pre-Sales Mühəndisi

Posted 1 d ago Source
Sales
Monthly salary
Salary negotiable
Application deadline
14 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İnformasiya texnologiyaları və zəif axın sistemləri sahəsində bilik və təcrübənizi böyük layihələrdə tətbiq etmək, müasir texnoloji həllərin hazırlanmasında iştirak etmək və beynəlxalq brendlərlə işləmək istəyirsiniz?

O zaman bu fürsət məhz sizin üçündür!

AEM ELEKTRON komandası üçün satış və texniki həllər arasında körpü rolunu oynayacaq Pre-Sales Mühəndisi axtarır.

Əsas vəzifələr

  • Müştərilərin texniki tələblərini təhlil etmək və uyğun həllər hazırlamaq;
  • Satış komandası ilə birlikdə layihələrin texniki hissəsini hazırlamaq və texniki dəstək göstərmək;
  • Texniki spesifikasiyalar, layihə həlləri, kommersiya təklifləri və təqdimatlar hazırlamaq;
  • Müştərilər, layihə təşkilatları və tərəfdaşlarla texniki görüşlərdə iştirak etmək;
  • Məhsulların demo təqdimatlarını və texniki təqdimatlarını keçirmək;
  • Xarici vendorlar və istehsalçılarla texniki yazışmalar və görüşlər aparmaq;
  • Yeni məhsul və texnologiyaların öyrənilməsi, daxili komandanın texniki məlumatlandırılması və təlimlərdə iştirak etmək;
  • Layihələrin texniki uyğunluğunu qiymətləndirmək və optimal avadanlıq seçimini həyata keçirmək.

Namizədə tələblər

  • Elektronika, İnformasiya Texnologiyaları, Telekommunikasiya, Avtomatika və ya digər müvafiq texniki ixtisas üzrə ali təhsil;
  • Pre-Sales mühəndisi, Sistem mühəndisi, Layihə mühəndisi və ya texniki satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Zəif axın sistemləri (CCTV, IP Video Müşahidə, Girişə Nəzarət Sistemləri (ACS), Yanğın Siqnalizasiya Sistemləri, İctimai Səsli Xəbərdarlıq (PA), Domofon, Perimetr Mühafizə Sistemləri və digər ELV sistemləri) üzrə praktiki bilik və təcrübə;
  • Şəbəkə avadanlıqları (Switch, Router, Wireless, Fiber Optic həllər) haqqında biliklər;
  • Texniki layihələrin oxunması və spesifikasiyaların hazırlanması bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və təqdimat bacarıqları;
  • Komanda ilə işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı.

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst;
  • Rus dili – sərbəst (işgüzar yazışma və texniki təqdimatlar səviyyəsində);
  • İngilis diliUpper-Intermediate (B2) və ya daha yüksək səviyyədə (texniki sənədlərlə işləmək, vendorlarla yazışmaq və görüşlərdə iştirak etmək üçün).

Biz nə təklif edirik?

  • Dünyanın aparıcı İT və təhlükəsizlik texnologiyaları istehsalçıları ilə birbaşa işləmək imkanı;
  • Böyük korporativ və dövlət layihələrinin texniki həllərinin hazırlanmasında iştirak;
  • Vendor sertifikatlaşdırma proqramları və beynəlxalq texniki təlimlərdə iştirak imkanı;
  • Karyera inkişafı və peşəkar yüksəliş perspektivi;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və bonus sistemi;
  • Şəhərin mərkəzində yerləşən müasir ofis;
  • Peşəkar, dinamik və innovativ komanda ilə işləmək imkanı.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Məktubun mövzu hissəsində: "Pre-Sales Mühəndisi" qeyd etməyiniz xahiş olunur.

AE AEM Elektron
AEM Elektron
Emal sənayesi

«AEM ELEKTRON» MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və…

Similar jobs

See all