BMY Caspian MMC Procurement Manager (Satınalma Meneceri)
About this role
İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00
Əsas vəzifələr
Tikinti layihələri üzrə material, avadanlıq və xidmətlərin satınalma prosesini planlamaq və idarə etmək;
Yerli və xarici təchizatçılarla qiymət və müqavilə şərtləri üzrə danışıqlar aparmaq;
Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və etibarlı təchizatçı bazasının formalaşdırılması;
Kommersiya təkliflərini təhlil etmək, qiymət, keyfiyyət və çatdırılma müddətinə əsasən ən uyğun seçimləri təqdim etmək;
Satınalma sifarişlərinin hazırlanmasına, icrasına və vaxtında çatdırılmasına nəzarət etmək;
Müqavilələrin hazırlanması və icrasını əlaqələndirmək;
Satınalma büdcəsinin səmərəli idarə olunmasına və xərclərin optimallaşdırılmasına dəstək vermək;
Layihə, anbar, maliyyə və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək;
Satınalma fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
İnşaat sektorunda Procurement Manager və ya Satınalma Meneceri kimi minimum 3 il iş təcrübəsi;
Yerli və beynəlxalq satınalma prosesləri üzrə praktiki bilik və təcrübə;
Təchizatçılarla danışıqlar aparmaq və müqavilələrin idarə edilməsi sahəsində təcrübə;
Tikinti materialları, avadanlıqları və təchizat bazarı haqqında yaxşı bilik;
İngilis və Rus dillərini sərbəst səviyyədə bilmək (hər iki dil üzrə bilik mütləqdir);
MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
Analitik düşünmə, liderlik, planlama və qərarvermə bacarığı;
Əvvəlki iş yerləri üzrə referansların təqdim edilməsi mütləqdir.
Təklif edirik
Əmək haqqı: 1,500–2,000 AZN (namizədin bilik və təcrübəsinə uyğun qiymətləndirilə bilər);
Performans göstəricilərinə əsaslanan bonus sistemi;
Həftədə 5 iş günü (09:00–18:00);
Müasir və inkişaf edən şirkətdə uzunmüddətli karyera imkanı;
Peşəkar inkişaf və təlim imkanları;
Dinamik və peşəkar komandada çalışma imkanı.
Qeyd: CV-də əvvəlki iş yerləri üzrə referans şəxslərin adı, vəzifəsi və əlaqə məlumatlarının qeyd olunması mütləqdir. Uyğun namizədlərdən CV-lərini Satınalma Meneceri - Procurement Manager başlığı (subject hissədə vakansiya adı mütləq yazılmalıdır) ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

BMY Caspian MMC 2009-cu ildən inşaat sektorunda fəaliyyət göstərir. Şirkət dünyaca məşhur inşaat kimyəvi materiallarının Azərbaycandakı rəsmi distribütorudur. Hidroizolyasiya, istilik və səs…