Landau Education Group Psixoloji xidmətlər üzrə məsləhətçi (Simurq Liseyi)
Work mode Full-time Category Sales
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Təsvir
Simurq Liseyi TK üçün Psixoloji xidmətlər üzrə məsləhətçi axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
- Şagirdlərə akademik, şəxsi, sosial və ya davranış məsələləri ilə bağlı fərdi və qrup məsləhət sessiyaları təklif etmək;
- Müəllimlər, valideynlər və inzibati heyətlə əməkdaşlıq edərək akademik məsələləri həll etmək və şagirdlərin uğuru üçün strategiyalar hazırlamaqi;
- Şagirdlərə maraq, bacarıq və karyera məqsədlərini müəyyənləşdirmələrinə kömək etmək üçün karyera araşdırması və yönləndirmə təklif etmək;
- Yarana biləcək fövqəladə halları nəzarətdə saxlamaq;
- Xüsusi yanaşma tələb edilən vəziyyətdə şagirdlərə dərhal dəstək və məsləhət vermək, həmçinin müvafiq resurslarla əlaqələndirmək;
- Müvafiq problemləri həll etmək və müdaxilə planları hazırlamaq üçün komanda işləri təşkil etmək;
- Müəllimlər və valideynlərlə tələbə ehtiyaclarını qarşılayan və müsbət davranışı təşviq edən strategiyalar üzrə məsləhətləşmək;
- Valideynlər üçün psixoloji xidmətlər üzrə məsləhətçinin vəzifələri və sahə ilə bağlı müvafiq mövzularda təqdimatlar təşkil etmək;
- Gələn tələblərin və müşahidələrin sənədləşdirilməsini təmin etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili;
- Qeyd edilən sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Yüksək Azərbaycan və Rus dilləri biliyi, İngilis dili-arzu olunandır ;
- Yeniyetmə psixologiyası barədə biliklər;
- Müştəri ilə işləmə bacarığı;
- Problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 08:00-17:00 (həftədə 5 dəfə);
- İş yeri: Gənclik kampusu;
- Peşəkar inkişaf imkanları;
- Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
LE 

Landau Education Group
Təhsil
Landau Education Group is a leading educational institution in Baku, Azerbaijan, dedicated to inspiring and guiding every student to become the best version of themselves. Our diverse portfolio…