Fire Safety Caspian Azerbaijan Qaynaqçı (Pipe Welder)
Posted 13 h ago Source ↗
Category Engineering
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş yeri: Ələt İqtisadi Azad Zona
Tələb olunan sertifikatlar və ixtisaslaşma:
- Carbon Steel və Stainless Steel boruların qaynağı üzrə etibarlı qaynaqçı sertifikatı;
- 6G və ya 6GR qaynaq mövqeyi üzrə sertifikat (mütləq);
- TIG (GTAW) və SMAW (Stick) qaynaq üsulları üzrə etibarlı kvalifikasiya (WQT vərəqəsi);
- OSHA və ya NEBOSH təhlükəsizlik standartları üzrə ümumi bilik (müvafiq sertifikatların olması üstünlükdür).
İş təcrübəsi və biliklər:
- Neft-qaz (Oil & Gas) və ya sənaye tikintisi sahəsində minimum 3–5 il iş təcrübəsi;
- EPC layihələrinin prosedurları, standartları və QA/QC (Keyfiyyətə Təminat/Keyfiyyətə Nəzarət) tələblərinə uyğun işləmək təcrübəsi;
- Yanğınsöndürmə sistemləri, köpük (Foam) xətləri və yüksək təzyiqli boru kəmərlərinin quraşdırılması üzrə təcrübə;
- İzometrik çertyojları (Isometric Drawings), qaynaq xəritələrini (Weld Maps) və WPS (Welding Procedure Specification) sənədlərini sərbəst oxumaq və tətbiq etmək bacarığı.
Texniki bacarıqlar və vəzifə öhdəlikləri:
- Boru birləşmələrinin qaynağa hazırlanması, təmizlənməsi və düzgün aralığın verilməsi (Fit-up);
- TIG və SMAW üsulları ilə yüksək keyfiyyətli qaynaq işlərinin yerinə yetirilməsi;
- Qaynaq tikişlərinin 100% VT (Visual Testing), RT (Radiographic Testing) və UT (Ultrasonic Testing) yoxlamalarının tələblərinə cavab verəcək keyfiyyətdə icra edilməsi;
- Layihənin texniki sənədlərinə, WPS tələblərinə və təhlükəsizlik qaydalarına riayət etmək.
Fiziki və digər tələblər:
- Yüksəklikdə, qapalı məkanlarda (Confined Space) və müxtəlif hava şəraitində işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Layihənin iş qrafikinə və vaxt planına riayət etmək.
Əmək haqqı: razılaşma yoıu ilə
CV və tövsiyə məktublarınızı "Qaynaqçı" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.

Fire Safety Caspian Azerbaijan
Topdansatış və pərakəndə ticarət
“Fire Safety Caspian Azerbaijan” MMC 2018-ci ildə Xəzər regionunda Britaniya standartlarına uyğun olaraq yanğınla mübarizə və xilasetmə avadanlıqlarının təmini və təhcizi üçün yaradılmışdır. FSCA…