UAR
Monthly salary
Salary negotiable
- Category
- Hospitality
About this role
Vəzifə öhdəlikləri
- Ofisə daxil olan telefon zənglərini qəbul etmək və aidiyyəti şəxslərə yönləndirmək;
- Daxil olan elektron məktub və yazışmaların operativ şəkildə aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
- İş prosesi ilə bağlı yaranan məsələlər və problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
- Ofisə gələn müştəri, tərəfdaş və qonaqları qarşılamaq və yönləndirmək;
- Rəhbərin qəbuluna gələn şəxslərin qəbul prosesini koordinasiya etmək;
- Onlayn görüşləri planlaşdırmaq, təşkil etmək və idarə etmək;
- Nəqliyyat xidmətlərinin sifarişini vermək və icrasına nəzarət etmək;
- Zərurət yarandıqda rəhbərlik üçün çay və digər xidmətlərin təşkilini təmin etmək;
- İclasların təşkilini həyata keçirmək və aidiyyəti əməkdaşları məlumatlandırmaq;
- Rəhbərin və ofis menecerinin verdiyi tapşırıqları vaxtında və düzgün icra etmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini bilməsi üstünlükdür;
- Yüksək təşkilatçılıq, problem həll etmə, işgüzar ünsiyyət və analitik düşünmə bacarıqlarına malik olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətli, intizamlı olmaq;
- MS Office , 1C 8.3 proqramları və ofis avadanlıqları ilə işləmək bacarığı.
İş şəraiti
- 5 günlük iş qrafiki (Bazar ertəsi – Cümə);
- İş saatları: 09:00 – 18:00;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Rəqabətli əməkhaqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ və dinamik iş mühiti;
- Təlim və inkişaf proqramlarında iştirak imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.